Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yüzlərlə azyaşlının həyatı təhlükədə - Foto

Valideynlər uşaq bağçasından şikayətçidir.

Bizimyol.info xəbər verir ki, övladlarını Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2-ci Sovxoz ərazisində yerləşən 283 saylı körpələr evi uşaq bağçasına yerləşdirən valideynlər öz narazılıqlarını bildiriblər. Onlar deyirlər ki, sözügedən uşaq bağçası qəzalı vəziyyətdədir. Hətta Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq rəyi də var binanın qəzalı olması ilə bağlı. Lakin buna baxmayaraq bina təmir edilmir və bağça müvəqqəti olaraq başqa binaya köçürülmür.

körpələr evi Uşaq bağçası

Sakinlər, eləcə də valideynlər deyirlər ki, məsələ ilə bağlı yerli icra hakimiyyətinə və müvafiq orqanlara məlumat versələr də heç bir tədbir görülmür və onların övladlarının həyatı təhlükə altındadır.

Bizimyol.info olaraq məsələ ilə bağlı Sabunçu rayon icra hakimiyyətinin başçısına, eləcə də müavinlərinə zəng etsək də zəngimizi cavablayan olmadı. Dəstəyi qaldıran katibə isə müavinlərin tədbirdə olduğunu bildirdi.

Adıçəkilən uşaq bağçasının rəhbərliyi ilə də əlaqə qurmaq cəhdlərimiz uğursuz oldu.

körpələr evi Uşaq bağçası

Məsələ diqqətimizdədir.

Son xəbərlər
Bütün xəbərlər »