Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkədə məktəbin şok videosu yayıldı - Video

Sosial şəbəkədə yayılan İmişli rayon Kürmahmudlu kənd tam orta məktəbin videogörüntüsü müzakirələrə səbəb olub.

Videoda danışan şəxs qəzalı vəziyyətdə olan məktəb binasının tədris üçün yararsız olduğunu bildirib. Onun sözlərinə görə, məllimlər otağı və sinif otağı qəzalı vəziyyətdədir və bu hal müəllimlərin və şagirdlərin həyatını təhlükəyə atır.

Rayon sakini yeni məktəb binasının inşa edilməsi üçün müvafiq şəxslərə müraciət edib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə informasiya sorğusu göndərib.

Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi ilə bağlı tədbirlər planına əsasən Təhsil Nazirliyi və yerli icra hakimiyyəti Kürdmahmudlu kənd tam orta məktəbi üçün yeni binanın tikintisini həyata keçirməlidir.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »