Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İntihar- eqonun haray səsidir

Psixoloq: "Elina intihar etmək istemirdi, o diqqət çəkmək istəyirdi"

Son zamanlar intihar hallarının sayının artmasını sosioloqlar ağır social iqtisadi vəziyyətlə, dərin mənvi böhranlarla, ailədaxili çəkişmələrlə əlaqələndirirlər. Əslində Allahın insana bəxş etdiyi ən dəyərli nemət həyatdır. Bəs necə olur ki, insan öz canına qıyacaq hala gəlir, ölümdən qorxmaq əvəzinə qurtuluşu onda tapıb, ölümün ağuşuna atılır? Gənclərin və qocaların intihar motivləri bənzərdirmi? İstədik bu suallara insan beyninin, ruhun un dilindən anlayan biri cavab versin. Bizimyol.info saytının sualını peşəkar psixoloq, Bakı Psixologiya Məktəbinin direktoru Xatirə Səfərova cavablandırır.

- Xatirə xanım, bu gün bir xəbər oxudum, 87 yaşlı bir qoca intihar edib. Yəni ömrünün son illərini yaşamaqda olan bir insanın intihar səbəbi nə olar. Ümumiyyətlə qocalarda və yeniyetmələrin intihar motivləri fərqlidirmi?

-İntihar, bu dünyanı tərk etmək istəyi insanın eqosuna bağlı problemdir. Sən hansısa problem yaşayırsan eo əziyyət çəkir və bu əzabdan qurtulmaq üçün ölümü, belə deyək, özünü söndürməyi unutmağı seçir. Beyini kompyuter kimi düşünsək, intiharla insan özünü oflayn vəziyyətə salır. İntiharın motivləri yaş qruplarına görə dəyişir.Yeniyetmələrdə intihar diqqət, sevgi aclığına yönəlik olur. Bir çox yeniyetmələr intihar aktı zamanı özünü öldürməyi yox, üzərinə diqqət çəkməyi düşünür. Deyir ki, “özümü öldürməyə cəhd etsəm nəni sevəcəklər”.

Qoca, yaşlı insanların intiharının kökündə çox zaman müəyyən xəstəliklər durur. Məsələn əsasən Altsheymer xəstəliyindən əziyyət çəkirlər. Həmin xəstəlikdən əziyyət çəkən qoca ola bilər ki, çıxıb həyətdə çılpaq gəzsin, gəlininin, uşaqlarının qarşısında. O an üçün yaşlı və xəstə insan nə etdiyini dərk etmir. Sonradan ona deyildikdə utanma duyğusu ilə özünü öldürməyə cəhd edir. Başqa bir səbəb Dissociative disorders - şəxsiyyətin bir neçə parçaya bölünməsi ola bilər. İnsan etdiyi hərəkətin bir qisminə cavabdeh olmadığını düşünür. Məsələn, əl mənim əlim deyil sindromu. Həmin sindrom çox ağır və nadir sindromdur. Bu sindrom zamanı insan özünə çox ağır xəsarət yetirə və düşünə bilər ki, ona bu xəsarəti özü yox başqası yetirib. Xəstə özü buna inanır. Və ya hadisənin kökündə travma dayana bilər, beyin artıq analiz edə bilmir və bu ağır vəziyyətdən qurtarmaq üçün intiharı seçir. Çox zaman da özünə zülüm verərək ölüm metodu seçilir.

- Diqqət çəkmək və ya nazını keçirmək üçün intihar cəhdləri mümkündürmü?

- Bir çox hallarda mümkündür. “İntihar edirəm ki, ölməyim sadəcə insanların diqqətini çəkim, manupuliyasiya edim, maaşımı versinlər, sevgilim geri dönsün, həyat yoldaşım mən deyənləri etsin və s”. Belə insanlar qışqıraraq, görüntülü şəkildə edirlər, buna biz arzuların yerinə yetrilməsi üçün intihar deyə bilərik. Niyyətində əslində özünü öldürmək yox idi, qıcıqlandırmaq istəyirdi və özü də bilmədən intihar etmiş oldu.

- Məktəbli Elinanın ölümü bu günə qədər də cəmiyyətimizdə çox deyilir, çox danışılır. Bu balaca qızın ölümünü necə analiz edərdiniz?

Xatirə Səfərova Psixoloq

- Ümumi analizlərimə görə Elina intihar etmək istemirdi, o diqqət çəkmək istəyirdi. O düşünürdü ki, onu sevəcəklər, ona diqqət və qayğı artacaq. Bu uşaq monupulyativ intiharı nəzərdə tutmamışdı, sadəcə yoldaşları, ətraf ümhiti onu incitmişdi, onun eqosu bu y olla haray çəkmək istəyidi. Yenidən sevgi istəyirdi.

Ümumilikdə intihar insanın eqoqmatritsasının xəttədn çıxışı deməkdir. İnsan bir xətt üzrə gedir, pulu var işi var. Bəzi insanlar böyük dəyişikliklərə hazır deyillər. Vəzifədən azad olan kimi intihar edir və ya infarkt keçirib ölürlər. Orqanizmin ümumiyyətlə çox qəribə qorunma üsulu özünümüdafiə yöntəmləri var.

-Belə çıxdı ki, bədəndə beyinə ölüm komandası verə bilər?

-Bədən beyinə komanda verir ki, hadisəni şişridib düşünür və altından çıxa bilmir. Bizim bədənimiz bizimlə danışır və mesajlar göndərir. Bir insan real intiharı düşünürsə yəni həyatında bir dəfə də olsun intihara cəhd və ya düşünmə olubsa bu insanlarda mütləq borderline psixi diaqnozu var.Yəni sərhədyanı diaqnoz. Belə insanlar ola bilsin ki, ömrü boyu normal yaşayıb, lakn müəyyən məqamda bu diaqnoz özünü doğruldur və üzə çıxır.

-Bəs real intiharların kökündə nə dayanır.Yəni insane monipulyasiya xətrinə deyil, həqiqətən ölmək istəyirsə?

-İnsan dünyaya gələndə yaşamaq uğrunda mübarizəyə kodlanır. Maraqlı bir məqam deyim. Tutaq ki, yaşlı bir qadındır. Can verir, amma ölmür. Lakin qəriblikdəki övladı gəlib çıxanda can üstə olan adam onu görən kimi ölür. Bu necə ola bilir? Yəni ölüm onun öz əlindəydimi?

İnsan ölüm ayağında olanda beyin bədənə yaşamaq əmri verir. Ona müxtəlif şəkillər xatırlatmaqla sənin övladların var, sən filan şeylərə görə yaşamalısan əmrlərin verə verir, son məqamları uzadır. Son dəqiqələri qənimət bilərək sönməyə qoymur. Proqram son ana qədər insanı yaşatmaqla məşğuldur. Balaca uşaqlar intihar etdi deyəndə bu gülünc səslənir. Azyaşlı uşaqlar intihar etmirlər. Onlarda baş beyin qabığı inkişaf etməyib, xatirələrlə deyil, günlük hadisələrlə yaşayırlar.Uşaqlarda özünü qoruma hissi də güclüdür.Doğulan gündən ölən məqama qədər insanda özünü qoruma instinkti davam edir.

İntiharın kökü dayanır yaddaşa və psixi pozuntulara. Yaddaş insana zülüm verirsə, eqoda partlaşyış verir və əslində intihar yolunu seçməklə beyin eqonu qorumağa çalışır ki, bəsdir özünə əzab verdin oflayn ol. Xarici kabuslarımız (bizi incidən hadisələr və insanlar) və daxili kabuslarımızın ( bizim içimizi yeyən beynimiz düşünməkdən yoran düşüncələr) yaratdığı travmalar və acı xatirələr, yaddaşı incidən xatirələr intiharın ,ölümün səbəbi olur.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »