Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
15 min subbakalavr universitetlərə üz tutub

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müsabiqəsində iştirakı üçün elektron ərizələrinin təsdiqlənməsinin son günüdür. Ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Təhsil üzrə ekspert Kamran Əsədov bizimyol.info-ya bildirib ki, 2011-ci ildən etibarən orta ixtisas təhsili müəssisələrini bitirmiş və diplomunda subbakalavr sözü olan məzunlar müsabiqədən kənar ali məktəblərə qəbul olmaq hüququna malikdir.

“Bunun üçün subbakalavr DİM-in saytında şəxsi kabinet yaratmalı və "Subbakalavrın elektron ərizəsi" bölümündən şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə edərək elektron ərizəsini təsdiq etməlidir. Ərizə açılarkən subbakalavr haqqında məlumat elektoron ərizədə yoxdur yazısı gəlirsə, o zaman kollecə müraciət etməli, kollecdən orta diplom balı və orta attestat balı haqqında arayış almalı və müvafiq balların tələbə-məzun sisteminə daxil edilməsini istəməlidir. Daha sonra subbakalavr yenidən DİM-in saytında elektoron ərizsini təsdiq etməlidir. İlkin mərhələdə bu addımları atmalıdır”,-deyə K.Əsədov bildirib.

Ekspert qeyd edib ki, bundan sonrakı mərhələ ixtisas uyğunluğudur: “Təhsil Nazirliyi və DİM birgə ixtisas uyğunluğunu əks etdirən cədvəli təqdim edib ki, subbakalavrlar yalnız bundan sonra öz ixtisasına uyğun ixtisasları görə abituriyent 4 jurnalından istifadə edərək ali məktəblərə ixtisas seçimi edəcəklər. İxtisas seçimi zamanı subbakalavrlara sistem tərəfindən ixtisaslara uyğun olaraq 150-200 və 250 bal veriləcək”.

K.Əsədov deyib ki, hazırda 15 minə yaxın subbakalavr elekton ərizəsini təsdiq edib: “Bu təhsilin əlçatımlılığı və əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar olacaq. Eyni zamanda, ali təhsil müəssisələrində bütün plan yerlərinin dolmasına imkan verəcəkdir”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »