Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rayonlararası avtobuslarda mübahisə yaradan məsafəyə görə gedişhaqqı problemi

Bizimyol.info saytının ünvanına izləyicilərimizdən sual daxil olub. Sual sərnişindaşıma ilə əlaqədardır. İzləyicimiz bildirir ki, rayonlararası səfərlər zamanı Ucara və ya Ağdaşa getmək üçün Gəncə, Qazax, Tovuz avtobuslarına minərkən ondan yarı yolun deyil, bütöv yolun gediş haqqı tələb olunur. Yəni sərnişin Ucara qədər deyil, Qazaxa qədər yolun gediş haqqını ödəmək məcburiyyətində qalır. Bu məqam əslində bəlkə də bir çoxlarının başına gəldiyi və zaman-zaman mübahisələrə səbəb olduğu üçün qanuni tərəfini əlaqədar qurumdan öyrənməyə çalışdıq.

Avtovağzal Avtovağzal

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahyarova Bizimyol.info saytına bildirib ki, bu məslədə sərnişini haqlı hesab etmək olmaz. Tutaq ki, sərnişin Batumiyə gedən avtobusla Tovuza qədər getmək istəyirsə Batumiyə qədər yolun haqqını verməlidir. Çünki bu onun seçimidir. Tovuz üzrə marşrut xətti var. (Söhbət konkret Batumi və ya Tovuzdan getmir, nümunə üçün deyirik.)

Lakin deyək ki, sərnişinin gedəcəyi istiqamət, konkret rayon üzrə marşrut xətti yoxdursa, o həmin rayon ərazisindən keçən başqa əraziyə gedən avtobusların xidmətindən isifadə etmək məcburiyyətindədirsə, bu zaman gedəcəyi rayona qədər hesablanmış yol pulunu verəcək. Bu məqsədlə hər reysdə belə sərnişinlərə 5 yer ayrılır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »