Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna və Rusiya əsirlərlə bağlı razılığa gəldi

"Normand dördlüyü” ölkələri liderlərinin xarici siyasət üzrə müşavirləri bir ay ərzində Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsini həyata keçirməklə bağlı razılığa gəliblər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna prezident administrasiyasının rəhbərinin müavini Vadim Pristayko bildirib.

Onun sözlərinə görə, döyüşlərin dayandırılması, Luqansk və öncədən razılaşdırılmış daha iki ərazinin minadan təmizlənməsi ilə də bağlı razılığa gəlinib.

Qeyd edək ki, "Normand dördlüyü” ölkələrinin dövlət başçılarının müşavirlərinin görüşü iyulun 12-də Fransanın paytaxtı Parisdə keçirilib.

Son xəbərlər
Bütün xəbərlər »