Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkidəki avtobus qəzası ilə bağlı DYP-dən açıqlama

Respublika Dövlət Yol Polisi İdarəsi də Şəkidə baş verən yol nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.

İdarənin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev bildirib ki, Şəki şəhərinin Kiş kəndində "Opel astra" markalı 99 RE 355 dövlət nömrə nişanlı minik avtomobili ilə "Mercedes Sprinter" markalı 90 OE 948 dövlət nömrə nişanlı mikroavtobus toqquşub:

"Hadisə 17:30 radələrində baş verib. Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə cüzi ziyan dəyib, xəsarət alan olmayıb. Faktla bağlı artıq araşdırma aparılır. Yəni xırda yol nəqliyyat hadisəsi olduğundan heç bir hərəkət iştirakçısı xəsarət almayıb". (Trend.az)

Son xəbərlər
Bütün xəbərlər »