Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada ac adamların sayı 10 milyon nəfər artıb

Son üç ildə dünyada aclıq faizi artıb.

Daha 10 milyon nəfər yetərincə qidalana bilmir.

Bizimyol.info xəbər verir ki, BMT-nin hesabatında belə deyilir. Keçən il aclıqdan əziyyət çəkənlərin sayı 820 milyon nəfər olub. Xüsusilə Asiyada və Afrikada aclıq faciə həddindədir. Cənubi Asiyada 500 milyon insan yemək tapmır. Afrikada isə 256 milyon nəfər acından ölmək təhlükəsi ilə üz-üzədir.

Maraqlıdır ki, aclıqla yanaşı, piylənmə də dünyanın əsas problemlərindən biri kimi qeyd olunub. Keçən il beş yaşına qədər 40 milyon uşaq artıq çəkidən əziyyət çəkirmiş. Bu, dünyadakı uşaqların 5,9 faizi deməkdir.

Son xəbərlər
Bütün xəbərlər »