Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın üç gün tayqada ilişib qaldı, sağ çıxdı

Almaniyadan olan səyyah qadın qayıq qəzasından sonra üç gün tayqada ac-susuz yaşamalı olub. Viktoriyanın olduğu baydarka Çare çayında çevrilib, qadın sənədləri və yemək olan çantasını itirib.

Bizimyol.info xəbər verir ki, Viktoriya Zabaykalya tayqasında üç gün tək yaşamaq məcburiyyətində qalıb. Onun alışqandan başqa heç nəyi olmayıb.

Viktoriya yağışdan qorunmaq üçün yıxılmış ağacın dibində yer qazıb orada uzanırmış. Alman qadın çay suyu içməyə məcbur olub. Dediyinə görə, ürəyi heç yemək istəməyib.

Xilas üçün müxtəlif yollar düşünüb. Daşlardan torpağın üzərində SOS siqnalı yazıb. Üçüncü gün yağış kəsəndə ocaq qalayıb. Viktoriyanı yerli sakinlər görüb. Beləcə, həyatı xilas olub.

Viktoriya 30 ildir baydarka ilə belə səfərlər edir. İlk dəfədir bu cür çətin vəziyyətə düşür. Məqsədi Zabaykalsk diyarının Çapo-Oloqo kəndindən Olekminskə qədər 900 kilometri qət etmək imiş. Viktoriya səyahəti avqustun 7-də başa vurmağı düşünürmüş.

Son xəbərlər
Bütün xəbərlər »