Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyrəyini 10 min manata satmaq istədi, alınmadı

Böyrək alverində ittiham olunanların məhkəməsi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsü Vahib Xudadatovun mühakiməsi gedir.

Bizimyol.info xəbər verir ki, sürücünün 30-a qədər böyrək alqı-satqısında vasitəçi olduğu iddia edilir. Böyrəyini satmaq istəyənlərdən Fərid Qocayev ifadə verib. Fərid deyir ki, böyrəyini 10 min manata satmaq istəyirmiş. Bibisi oğlu Zaurun da böyrəyini satmağa Vahib Xudadatov kömək edibmiş. Zaurla söhbətdən sonra Fərid bu yolla problemlərini həll etmək qərarına gəlib.

Fərid əvvəlcə qan analizi verib, sonra Vahib onu Ceyhun adlı başqa bir oğlanla İrana aparıb. Amma onların böyrəyi işə yaramayıb. Fəridin şəxsiyyət vəsiqəsində qan qrupunun +1 olduğu yazılsa da, İranda müayinə +3 göstərib: “Vahib bizi İrana taksi ilə yola saldı. Bir qadın oğlu ilə məni gözləyirdi. Böyrəyim oğlana köçürülməliydi. Ceyhunun böyrəyi də yaşlı bir kişi üçün nəzərdə tutulmuşdu. Heç biri alınmadı”.

Fəridin qan qrupundakı uyğunsuzluq əməliyyata mane olub. Ceyhun adlı oğlanın isə səhhətinin qaydasında olmadığı üzə çıxıb.

Fəridin dediyinə görə, əməliyyatı iranlı həkim Mohsen Tahiri həyata keçirməliymiş. Ceyhunla onu növbəsiz qəbul edib. Vahiblə münasibətlərinin yaxşı olduğu görünürmüş.

Son xəbərlər
Bütün xəbərlər »