Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həyat yoldaşının şikayət etdiyi narkotik istifadəçisinin cəzası məlum oldu

Həyat yoldaşını qorumaq istədiyini deyən Abşeron sakini onun 8 il azadlıqdan məhrum edilməsinə səbəb olub.

Günay Babayeva ərinin narkotikdən istifadəsinə son qoymaq üçün polisə şikayət etmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsi Rəfael Babayevi narkotik satışında təqsirli bilib, onu 8 il müddətinə azadlıqdan məhrum etmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, ittihamda Babayevlərin evindən 7 kiloqram narkotik maddə tapıldığı bildirilir. Rəfael bunu evə polislərin basqını zamanı yerləşdirildiyini iddia edir. Həyat yoldaşı da fərqli söz danışmır. Günay Rəfaelin narkotik istifadəçisi olduğunu, amma heç vaxt satmadığını deyir. Babayeva, sadəcə, ərini xilas etmək üçün polisə müraciət etdiyini söyləyir: “Dedim ki, bu adam öləcək. İstəyirdim, uzağı bir-iki illik həbsə göndərsinlər”.

Günay məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib. Onun ifadəsi Rəfaelə kömək etməyib, 41 yaşlı narkotik istifadəçisi ağır cəza alıb.

Son xəbərlər
Bütün xəbərlər »