Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dənizdə boğulan nəvəsini xilas etmək istəyirdi, ikisi də öldü

Ələt qəsəbəsində Yanar dağ adlanan ərazidə dənizdə çimərkən 15 yaşlı Ləman Orucova boğulub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Ləmanın 70 yaşlı babası Əmrağa Orucov nəvəsini xilas etmək istəyərkən özü də boğulub.

Səhiyyə Nazirliyindən bildirilib ki, Təcili Yardıma çağırış saat 16.45 də daxil olub. Hadisə yerinə gələn həkim briqadası ölüm faktını təstiqləyib.

Faktla əlaqədar hüququ mühafizə orqanları araşdırmalara başlayıb.

Son xəbərlər
Bütün xəbərlər »