Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Futbolçunun anasını ikinci dəfə oğurladılar
ogurluq

Futbol üzrə Nigeriya milli komandasının keçmiş oyunçusu Samson Siasianın anasını son 3,5 ildə ikinci dəfə oğurlayıblar. Evə soxulan silahlılar qadından başqa daha iki nəfəri aparıblar.

Bizimyol.info xəbər verir ki, Ocere Siasianı Bayelsa ştatındakı evindən götürüb qaçıblar. Cinayətkarlar hələ futbolçu ilə əlaqə saxlamayıb. Yəni onların nə qədər pul tələb etdiyi bilinmir.

Ocere Siasianı ikinci dəfədir oğurlayırlar. İlk dəfə 2015-ci ildə belə hadisə baş vermişdi. Qadını noyabrda oğurlayan quldurlar onu 13 gün girov saxlamışdılar. Samson cinayətkarların tələb etdiyi məbləği verəndən sonra anasına qovuşmuşdu.

Nigeriyada futbolçuların yaxınlarını tez-tez oğurlayırlar. Nigeriya milli komandasının kapitanı Con Obi Mikelin atası Argentinaya qarşı dünya çempionatı oyunundan əvvəl yoxa çıxmışdı. O, atasını xilas etmək üçün 24 min dollarından keçmişdi.

Paylaş »
››› Koronavirus planeti necə xilas edir...
››› İranlı həkim: “Ölənlərin sayı daha çoxdur”
››› Paşinyan: “Ərazilərin qaytarılmasından söhbət belə gedə bilməz...”
››› Həbs edilən rayon başçısının eşşək ferması, otel və restoranları, min hektarlarla torpağı...
››› YAP-ın Neftçala təşkilatının sədri də həbs olunub - Foto
Son xəbərlər
Bütün xəbərlər »