Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcülərin Azərbaycan sərhədini pozmasına münasibətiniz necədir? - Videosorğu

İyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçi Dağı Məbəd-Kompleksinin yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi vətəndaşlarına müraciət edərək Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın işinə mane olmamağa çağırıb.

Qeyd edək ki, ötən gün Keşikçi Dağı Məbəd-Kompleksində bələdçi çalışan vətəndaş azərbaycanlı sərhədçilərin kilsədən ikonaları icazəsiz götürdüklərini iddia edib. Kiçik insident yaransa da, problemin sonradan həll olunduğu bildirilir.

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nin şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.

Bizimyol.info-nun əməkdaşı Bakı şəhərinin mərkəzinə sorğu keçirib. O, sakinlərə “Gürcülərin Azərbaycan sərhədini pozmasına münasibətiniz necədir?” sualını ünvanlayıb.

Sorğunu təqdim edirik:

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »