Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: “Gürcüstanda hakimiyyət ölkəyə nəzarət edə bilmir”

14 iyul tarixində DSX-nın Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.

Gürcüstan vətəndaşları Azərbaycan tərəfindən Keşikçidağ kompleksindən guya ikonaların oğurlanması haqqında iddia qaldırıblar, hətta Azərbaycan əsgərinin silahını əlindən alıblar. İkonalar yağış və suyun altında əziyyət çəkdikləri üçün Azərbaycan əsgərləri tərəfindən götürülərək Gürcüstana təhvil verilib. Amma adamları qızışdıran təxribatçılar bildiriblər ki, guya Azərbaycan ikonaları oğurlayır və buranın dini mərasim görüntüsünü aradan qaldırmaq istəyir. Din məsələsi həmişə bütün xalqlarda ən həssas məsələdir və bu məqamdan millətlərarası ədavət üçün rahatlıqla istifadə etmək olar. Bəs bu günə qədərdostluq münasibətlərində olduğumuz bu xalq niyə birdən birə bu mövqeyə əl atdı?

Bizimyol.info-nun sualını politoloq Nəzakət Məmmədova cavablandırır:

“Gürcüstanla Azərbaycanın 180 km.delimitasiya olunmamış mübahisəli sərhəd məsələsi həll olunmamış qalır və bu, müxtəlif zamanlarda bəzi təxribatçı qüvvələrin istifadə etdiyi bir məsələyə çevrilib. Təbii ki, Gürcüstan Azərbaycanın strateji müttəfiqi, Avropaya açılan qapılarından biridir. Lakin hazırda bu ölkədə vəziyyət elədir ki, hakimiyyət ölkəyə nəzarət edə bilmir və təxribatçı güclər bundan destruktiv məqsədlərlə istifadə edirlər. Gürcüstanda gürcü soyadı daşıyan ermənilər və şovinist gürcülər ən çox bu məsələlərdə canfəşanlıq göstərirlər. Abxaziya və Cənubi Osetiyada məğlub olub geri çəkilən həmin qüvvələr Azərbaycanın hesabına öz revanş hisslərini təmin etmək istəyirlər. Gürcüstanın beynəlxalq hüquqda tanınmış sərhədlərini çərçivəsindəki ərazi bütövlüyünün təmin olunmasına çalışmaqdansa, onlar qədim alban məbədinin yerləşdiyi ərazinin guya Gürcüstana aid olması iddiasını irəli sürürlər”.

Son xəbərlər
Bütün xəbərlər »