Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda ilk dəfə Dünya İslam Kulinariya Konqresi keçirilir - Foto

Bakıda “Super Sun” yağı və “Azerçay” markalarının dəstəyi ilə ilk dəfə olaraq Dünya İslam Kulinariya Konqresi keçirilir.

Azərbaycan Dövlət Turizm Agentliyi, Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasıın (AMKA) birgə təşkilatçılığı ilə təşkil edilmiş beynəlxalq layihədə Dünya İslam Kulinariya Birliyinin üzv ölkələrinin nümayəndələri iştirak edib.

Konqresin keçirilməsində əsas məqsədsədlərdən biri Dünya İslam Kulinariya Birliyinin ( WICS) ofisinin daimi olaraq Azərbaycana keçirilməsidir.

Tədbirdə halal qida sərgisi, aşpaz və qənnadçıların İslam mətbəxi yarışları, WICS kateqoriyalı münsif kursları da keçiriləcək.

Dünyada ilk dəfə “Hilal Star” ( İslam Misleni) restoranlara və aşpazlara Azərbaycandan verilməyə başlayacaq. Məhz “ Hilal Star” tarixi Azərbaycandan davam edəcək.

Tədbir çərçivəsində həmçinin, II Beynəlxalq İslam Kulinariya Cempionatı da keçiriləcək.Aşpazların isti yeməklərinin dadı , görüntüsü peşəkarlıq baxımından 100 ballıq sistemlə dəyərləndiriləcək.Qiymətləndirilmədə 100 balın 20 balı məhz milliliyə görə veriləcək.

Tədbir zamanı Halal sərgi keçiriləcək.Halal sərgidə halal məhsul istehsal edən şirkətlər və məhsullar yer alacaq. Gün (16, 17, 18 iyul tarixlərdə) şirkətlər məhsullarını sərgidə göstərə biləcəklər.

Konqresin və çempionatın əsas sponsorları “ Azərçay”, “Supersun” qida markaları, “Titan” peşəkar avadanlıqlar şirkətidir.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konqresdə Dünya İslam Kulinariya Birliyinin qurucusu və rəhbəri Gökhan Tufan İslam ölkələrinin fərqli və çox geniş mətbəxə malik olduğunu bildirib..

Gökhan Tufan təbliğat işlərində səylərin artırılmasının zəruri olduğunu qeyd edib.

Azərbaycan Milli Kulinariya Assosiasiyasıın rəhbəri Tahir Əmiraslanov Azərbaycanda kulinariyanın keçdiyi yoldan danışaraq, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbəxinin dünyada tanıdılması istiqamətində verdiyi qərarlar və atdığı addımlar barədə ətraflı məlumat verib. Hazırda da bu istiqamətdə

mühüm işlərin görüldüyünü söyləyib.

O, ölkə başçısı cənab İlham Əliyevin və I vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin vacib bir hissəsi olan bu sahənin inkişafında müstəsna xidmətlərinin olduğunu qeyd edərək təşəkkürünü bildirib.

Daha sonra Tahir Əmiraslanov Dünya İslam Kulinariya Birliyinin perspektivi barədə məlumat verərək , təşkil edilmiş konqresin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

İlk dəfə olaraq təşkil edilən Dünya İslam Kulinariya Konqresində millət vəkili Qənirə Paşayeva çıxış edərək , mətbəxin mədəniyyətin ən vacib sahələrindən biri olduğunu qeyd edib. Xanım deputat Dünya İslam Kulinariya Birliyinin bütün dünyada islam ölkələrinin mətbəxinin təbliğində mühüm rol oynayacağına inandığını söyləyərək, konqres təşkilatçılarına uğurlar arzu edib.

Dünya İslam Kulinariya Konqresində atılmış daha bir önəmli addım isə “Hilal Star” mükafatının təsisi və ilk dəfə təqdim edilməsi oldu. Bütün dünyada məşhur olan və restoranların yüksək keyfiyyətini bildirən “Mişlen ulduzu”nun İslam analoqu olan bu mükafat ilk dəfə olaraq Sumqayıt şəhərində fəaliyyət göstərən “Turan” restoranına təqdim edildi.

18 iyula qədər davam edəcək tədbir çərçivəsində II Beynəlxalq İslam Kulinariya Çempionatında aşpazlar həm fərdi, həm də komanda şəklində mükafat uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, “Azerçay” və “Super Sun” markaları daim azərbaycanlı kulinarlara dəstək verərək, onların dünyanın müxtəlif ölkələrində təşkil edilən beynəlxalq yarışlarda qələbələr qazanmasında mühüm rol oynayır.

İştirak etdikləri beynəlxalq yarışlarda “Super Sun” yağından istifadə edən azərbaycanlı aşpazlar hər zaman ən yüksək mükafatlarla təltif edilirlər.

Artıq ölkə hüdudlarını aşaraq dünyanın bir çox ölkəsində istehlakçılar tərəfindən böyük rəğbət qazanmış “Azerçay” markası da mütəmadi olaraq festivallarda kulinarlarımızın əsas dəstəkçilərindən olur üzərində daşıdığı “Made in Azerbaijan” yazısını layiqincə daşıyaraq, ölkəmizi yüksək səviyyədə təmsil edir.

Gülnarə ƏMİRIZI

Son xəbərlər
Bütün xəbərlər »