Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oğlaq bürcündə Ay tutulması bizlərə nə vəd edir?- Astroloq danışdı

2019-cu ilin 4-cü astronomik hadisəsi - Ay tutulması

Təbiətdə ay tutulmasının müxtəlif hadisələrə səbəb olduğuna dair insanlarda inanclar var. Bu il ikinci ay tutulması Bakı vaxtı ilə 17 iyul gecə saat 01:38 də olacaq.

Bu barədə Bizimyol.infoya danışan astroloq Səbuhi Rəhimli deyir ki, bu 2019-cu ilin dördüncü astronomik hadisəsi - adi ay tutulmasıdır.

Oğlaq bürcünün 24-cü dərəcəsində reallaşan və Cənubi Amerikanı, Avropanı, Asiya və Afrikanı, Avstraliyanı, Antarktidanı, o cümlədən Sakit, Atlantik və Hind okeanlarını əhatə edən bu hadisə hava açıq olduğu təqdirdə Azərbaycandan da müşahidə olunacaq. Tutulma məqamında ay oğlaq bürcündə olacaq. Ay oğlaq bürcündə olduqda insanların fikirləri həyatlarının praktik yanlarına yönəlir. Diqqətləri ailə-məişət problemlərində cəmlənir. Riskə getməkdən çəkinir, sakit, səliqə-səhmanlı olmağa çalışırlar. Bu dönəmdə təhsildə bəzi çətinliklərin yaranması mümkündür.

Maliyyə, ticarət məsələləri rəsmi şəxslərlə görüş üçün əlverişsiz dövrdür. Buna baxmayaraq, ciddi elmi işlərin aparılması, daşınmaz əmlak məsələlərinin həlli üçün uğurlu vaxtdır. Çoxlu enerji tələb edən işlərə başlamaq üçün uğurlu zaman hesab edilməsə də, əvvəlcədən düşünülmüş işlərin həlli üçün uyğun vaxtdır.

Səhhətə təsirini daha çox dizlərin, öd kisəsi, oynaq toxumalarının həsaslığının artması ilə göstərir. Sınıq diaqnozu ilə həkimə müraciət edənlərin sayı artır. Yaxşı olar ki, insanlar bu dönəmdə ağırlıq qaldırmaqdan çəkinə, onurğanın zədələnməsindən ehtiyatlanalar. Ruhani aləmə qapılmaq, pis vərdişlərdən uzaq durmaq tövsiyə edilir.

Hadisələrə yumorla yanaşmaq, istirahətə vaxt ayırmaq, özünüzü sevindirmək lazımdır. Astoroloq onu da qeyd etdi ki, ay bədirlənəndə tutulur. Bu tutulma əslində mənfi enerjinin qarşısının alınması deməkdir.

Aləmdə Nəsib

Son xəbərlər
Bütün xəbərlər »