Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rusiya vətəndaşları Tbilisidə aksiya keçirdilər

Gürcüstanın paytaxtı Tbilisidə Rusiya vətəndaşları aksiya keçiriblər.

“Report” xəbər verir ki, Gürcüstan parlamentinin binası qarşısında baş tutan aksiyada ölkədə yaşayan və səfərdə olan 10-a yaxın rusiyalı iştirak edib.

Aksiya “Mən Qavrilov deyiləm! Rusiyalılar vahid Gürcüstan naminə!” şüarı altında keçirilib.

İştirakçılar Rusiyanın Gürcüstana qarşı siyasətinə etiraz ediblər. Onlar əllərində "Putindən yoruldun? Gürcüstanda dincəl!" və Rusiyanın Gürcüstana qarşı işğalçılıq siyasətini tənqid edən şüarlar tutublar.

Rusiyalılar Gürcüstanın xarici vətəndaşlar və qonaqlar üçün ən təhlükəsiz ölkə olduğunu bildiriblər.

Qeyd edək ki, Rusiya vətəndaşlarının Tbilisidəki Gürcüstana dəstək aksiyası ilk olaraq iyulun 9-na təyin olunmuşdu.

Paylaş »
››› Ruslar Türkiyənin ən gözəl qadınlarını seçdi - Fotolar
››› Baş Prokurorluq Nərminin qətl işi ilə bağlı daha bir xəbər portalına xəbərdarlıq edib
››› Azərbaycanlı milyarderin keçmiş həyat yoldaşı oğlunu məhkəməyə verib
››› Astroloqlar bu il hansı bürclərin bəxtinin gətirəcəyini deyir...
››› Rusiyanın yeni hökumətinin üzvləri məlum olub - Siyahı

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »