Bazar , 18 Avqust, 2019
Baş səhifə / Cəmiyyət / Elinanın valideynləri direktorun həbsini və həkimlərin cəzalanmasını tələb edirlər – Fotolar

Elinanın valideynləri direktorun həbsini və həkimlərin cəzalanmasını tələb edirlər – Fotolar

241 Views

Elina Hacıyeva
Elina Hacıyeva

Elina Hacıyevanın intiharı cəmiyyətdə böyük rezonans doğurmuşdu, sosial şəbəkələrdə çox müzakirə olunmuşdu. Səkkizinci sinif şagirdinin özünü üçüncü mərtəbədən ataraq öldürməsində 162 saylı məktəbin rəhbərliyi günahlandırılır, həkim məsuliyyətsizliyindən danışılırdı.

Bizimyol.info xəbər verir ki, mətbuat konfransı keçirən Elinanın valideynləri istintaqın gedişindən narazılıq ifadə edib. Məktəblinin anası Sevil Hüseynova direktor Sevinc Abbasovanın həbs olunmamasına etirazını bildirib.

Sevinc Abbasova
Sevinc Abbasova

Ana direktorun kiməsə güvəndiyini, ev dustaqlığının gözdən pərdə asmaq olduğunu dilə gətirib. Abbasova apellyasiya məhkəməsinə şikayət verəcəklərini söyləyib.

Elinanın valideynləri Ədalət Hacıyev və Sevil Hüseynova
Elinanın valideynləri Ədalət Hacıyev və Sevil Hüseynova

Elinanın atası Ədalət Hacıyev deyir ki, təkcə məktəb rəhbərliyi yox, həkimlər də günahkardır. Onun fikrincə, Kliniki Tibbi Mərkəzin heyəti ciddi məsuliyyətsizlik nümunəsi göstərib: “Üstünə adicə mələfə atıb aparmışdılar. Xəstəxanada uşağıma baxmamışdılar. Həmin adamlar hələ də orda işləyirlər”.

Elinanın valideynlərinin mətbuat konfransı
Elinanın valideynlərinin mətbuat konfransı

Vəkil Sevinc Vəliyeva verdikləri xeyli vəsatətdən yalnız dördünün vacib sayıldığını, amma heç birinin təmin olumadığını bildirib. Zərərçəkən tərəf tanınmış mütəxəssisin tibbi ekspertiza keçirən heyətə daxil edilməsini istəyirmiş. Bundan başqa, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ilə üzləşmə vəsatət predmeti olub. Amma vəsatətlərə müsbət cavab verilməyib.

Elinanın anası Sevil Hüseynova
Elinanın anası Sevil Hüseynova

Vəkil Azər Nağıyev deyib ki, Sevinc Abbasova Elinanın ailəsi ilə barışmaq üçün heç bir addım atmayıb. Vəkilin fikrincə, sanki direktor özünü günahkar saymır.

Xalidə Bayramova
Xalidə Bayramova

Sevil Hüseynova danışır ki, hadisədən sonra Xalidə Bayramova onların evinə gəlib. İcra başçısının müavini dəfn üçün yer təklif edib. Elinanın yaxınları buna razı olmayıb.