Bazar , 18 Avqust, 2019
Baş səhifə / Dünya / Türkmənistan prezidenti məzuniyyətin ilk günündə otlar haqda kitabını bitirdi

Türkmənistan prezidenti məzuniyyətin ilk günündə otlar haqda kitabını bitirdi

72 Views

Qurbanqulu Berdıməhəmmədov
Qurbanqulu Berdıməhəmmədov

Türkmənistanda da prezident Qurbanqulu Berdıməhəmmədovun kitablarının hesabını itiriblər. Dövlət başçısı dayanmadan kitab yazır. Otlar haqda yazdığının sayca 56-cı olduğu bildirilir.

Bizimyol.info xəbər verir ki, Türkmənistan prezidenti məzuniyyətinin ilk günündə yeni kitabını bitirib. O, son redaktə işlərini görüb, əsəri çapa göndərib. Yeni kitab otlara həsr olunub.

“Türkmənistan bu gün” məlumat verir ki, prezident kitabı bitirən kimi yaşıl çay içə-içə divara bərkidilmiş qızıl çərçivəli ekranda nəvəsi Kərim ilə birlikdə özünün bəstələdiyi musiqi kompozisiyasının səsyazmasını izləməyə başlayıb.

2006-cı ildən ölkəyə başçılıq edən Berdıməhəmmədovun kitablarında az qala toxunmadığı mövzu qalmayıb. Türkmənistan məktəblərində şagirdlərin onun kitablarını almağa məcbur edildiyi iddia olunur.

İndi Berdıməhəmmədovun alabay növündən olan küçüklər haqda kitab üzərində işlədiyi bildirilir.