Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İran Ərəb Əmirliklərinin neft tankerini ələ keçirməklə körfəzdə yeni gərginlik yaratdı
Turkiye-gemi-0-0-0

Birləşmiş Ərəb Əmirliklərinə məxsus tanker, güman edildiyinə görə, İran hərbçiləri tərəfindən ələ keçirilib.

Virtualaz.org CNN-ə istinadən xəbər verir ki, məlumatı ABŞ kəşfiyyatındakı mənbə yayıb.

CNN-in müxbiri Barbara Starrın xəbərinə görə, gəmi Panamanın bayrağı altında üzüb və SEPAH-ın hərbi katerləri ekipajı gəmini İranın ərazi sularına istiqamət almağa məcbur edib.

Müxbir əlavə edib ki, hadisə ötən həftənin sonunda baş versə də, Əbu-Dabi hələlik buna reaksiya verməyib. Bundan başqa, Amerika kəşfiyyatının bildirdiyinə əsasən, gəminin ekipajı ilə əlaqə saxlamaq mümkün olmayıb.

Fars körfəzindəki bəzi mənbələr qeyd edir ki, gəmi, sadəcə olaraq, sıradan çıxıb və İran tərəfindən təmir olunmaq üçün sahilə çatdırılıb. Lakin ABŞ tərəfi iddia edir ki, ekipajla əlaqə qurmaq mümkün deyil. Sosial şəbəkələrdə dərc olunmuş xəritələrə görə, sonuncu dəfə gəmi heyəti əlaqəyə Hörmüz körfəzindəki adalardan birinin yaxınlığında olarkən çıxıb.

Iran - Ereb Emirlikleri tanker p

Paylaş »
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› Ceyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”
››› "WhatsApp"da daha bir yeni funksiya
››› Evini sığortalatdırmayanlar niyə cərimələnir? - Ekspertdən açıqlama
Son xəbərlər
Bütün xəbərlər »