Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İbrahim Alışov: "Bank sektorunun kapital adekvatlığı 24,2% təşkil etməklə, minimum kapital tələbini 2,4 dəfə üstələyib"

"Ötən müddət ərzində bütövlükdə bank sektoruna 1,8 mlrd. manat kapital inyeksiyası edildiyi, sektorun kapital adekvatlığı göstəricisi 24,2% təşkil etməklə, minimum kapital tələbini 2,4 dəfə üstələyib". "APA-Economics"in məlumatına görə, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil olunan "AHK Impuls" görüşündə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirib.

İ. Alışov həmçinin maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, maliyyə bazarlarının müxtəlif sahələrində, o cümlədən bank sistemi, sığorta sektoru, qiymətli kağızlar bazarı və ödəniş sistemləri sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verib.

Tədbir iştirakçılarına həmçinin aparılmış islahatlar nəticəsində əldə olunan nailiyyətlər, Daşınar Əmlakın Yüklülüyünün Reyestrin və Özəl Kredit Bürosunun fəaliyyətə başlamasının ölkənin “Getting Credit” (“Kredit Əlçatanlığı”) indikatoru üzrə mövqeyinə təsirini, 100 pillə irəliləyərək 22-ci yerdə qərarlaşması haqqında məlumat verilib. Bundan əlavə, Azərbaycanda minoritar səhmdarların hüquqlarının qorunması göstəricisinə görə 8 pillə irəliləyərək 2-ci yerə qalxması bildirilib.

Paylaş »
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› Ceyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”
››› "WhatsApp"da daha bir yeni funksiya
››› Evini sığortalatdırmayanlar niyə cərimələnir? - Ekspertdən açıqlama
Son xəbərlər
Bütün xəbərlər »