Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Astarada 6 uşaq anası su anbarında boğulub
Meyit-morqda-050312

6 uşaq anası ehtiyatsılıqada su anbarına düşərək boğulub. Bizimyol.info-nun məlumata görə, Astarada orta yaşlı qadın ehtiyatsızlıq ucbatından su anbarında boğulub.

Bədbəxt hadisə səhər saat 8 radələrində rayonun Kijəbə qəsəbəsində baş verib. Dürriyə kənd sakini, 48 yaşlı Ağabacı Məmmədova həyat yoldaşı ilə birgə İran İslam Respublikasına getmək üçün avtobus gözləyən zaman əl-üzünü və ayaqqabılarını yumaq qərarına gəlib. Buna görə də qadın yaxınlıqdakı Lovayın su anbarına gedib.

Xanımının gec qayıtmasından narahat olan yoldaşı Bəşir Əzizov su anbarına yaxınlaşanda A.Məmmədovanın su üzərində cansız bədəni ilə rastlaşıb. O dərhal suya düşərək qadının cansız bədənini sudan çıxardıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Lovayın su anbarından yuyunmaq üçün istifadə qadağan olunsa da, son iki ildə sözügedən ərazidə 6 nəfər boğulub.

Faktla bağlı araşdırma aparılır

Paylaş »
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› Ceyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”
››› "WhatsApp"da daha bir yeni funksiya
››› Evini sığortalatdırmayanlar niyə cərimələnir? - Ekspertdən açıqlama
Son xəbərlər
Bütün xəbərlər »