Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Angela Merkelin titrəməsinin səbəbi bəlli oldu
Angele Merkel

Almaniya kansleri Angela Merkel xəstədir.

Publika.az xəbər verir ki, rəsmi görüşlərdə kanslerin şiddətli titrəməsi hipoqlikemiya xəstəliyinin xəbərçisidir.

Xüsusilə Tip-1 şəkərli diabet xəstələrində bu titrəmə həftədə 1-2 dəfə baş verə bilir.

Hipoqlikemiya - qanda şəkərin normadan az olması xəstəliyidir. Normada qanda (plazmada) şəkərin miqdarı acqarına 3,9 mmol/l (70 mq/dl) - 6,1 mmol/l (110 mq/dl) olmalıdır. Bəzi səbəblərdən qanda şəkərin miqdarının qəfil aşağı düşməsi (3,9 mmol/l-dən və ya 70 mq/dl-dən aşağı) müşahidə olunur, bu da hipoqlikemiya adlanır. Əlamətləri kəskin zəiflik, çox tərləmə, başağrısı, başgicəllənmə bədənin əsməsi, solğunluq, gözlərin qaralması və ikigörmə, narahatlıq, əhvalın dəyişməsi, qorxu, ürəkdöyünmənin sürətlənməsi, güclü aclıq hissidir.

Bundan başqa, aclıq, yuxusuzluq və əsəbi olmaq da hipoqlikemiyaya səbəb ola bilir.

Qeyd edək ki, Angela Merkel 3 rəsmi görüşdə ayaq üstə dayanmaqda çətinlik çəkmişdi. Onun titrəməsi susuzluqla əlaqələndirilmişdi. Bundan sonra Merkel qonaqlarını stulda əyləşərək qarşılamağa başlayıb.

Paylaş »
››› Masallıda qəribə toy – Bəylə dalaşan gəlin öz toyuna gəlmədi
››› Rus məmurun ölkəmizdə qəbul etdiyi "şokolad vannası"nın qiyməti açıqlandı
››› Sərnişinin Bakı metrosunda çəkilən bu videosu izlənmə rekordları qırır - Video
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› Dünyanı sarsıdan partlayışla bağlı ilk açıqlama
Son xəbərlər
Bütün xəbərlər »