Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Kliniki ölümdən sonra başlayan yeni həyatda insanlara enerjisi ilə şəfa verən həmyerlimiz – Video

Kliniki ölüm keçirdikdən sonra yeni həyata başlayan və insanlara enerjisi ilə şəfa dağıdan həmyerlimiz

Bu gün sizə yeni dünyanın sirr qapılarından birini açmaq istəyirik. Əslində elmə əsaslanan , lakin inanılmaz sehr kimi görsənən Reiki barədə və bu elmin Amerikada uğurlu tətbiqi ilə məşğul olan həmyerlimiz Sevinc Kərimova barədə danışmaq istəyirik. Sevinc Kərimovanın Bizimyol.info saytının əməkdaşı ilə çox maraqlı söhbəti barədə az sonra.

Öncə istəyirik Reiki elmi barədə qısa xülasə verək - XX əsrin əvvəllərində Yaponiyada meydana gələn, enerji yüklənməsi əsasında ruhi şəfa verməyə qadir olduğuna inanılan bir sistemdir. Qərb dünyasına "bəşəri yaşam enerjisi" olaraq təcümə edilmişdir. Reiki heç bir dinə bağlı olmayan, asanlıqla tətbiq edilə bilən, zərərsiz bir üsul olaraq qəbul edilməkdədir.

Qaynağının Tibet olduğu düşünülən Reiki XIX əsrdə bir Yapon Buddisti olan Yapon ali silkinin nümayəndəsi, samuray Dr. Mikao Usui tərəfindən yaradılıv, şəfaverici bir sistem şəklində təklif olunub.

İnanca görə Reiki bədəndə meydana gələn enerji mübadiləsi problemləri və negativ enerji bloklarını yox etmək üçün yetərsiz və ya əskik olan enerjini tənzimləmək üçün və şüur dəyişkənliyi yolu ilə insanda ruhi-fiziki problemlərin həlli üçün yol açır. Laboratoriya şəraitində aparılan təcrübələrdə Reikinin tətbiq edildiyi pasientlər digərlərindən fərqli olaraq daha tez sağalmışdır. Reiki bir çox xəstəliklərdə tibbi müalicəni tamamlayır, zehni və bədənlə əlaqədar gərginliklərdən xilas olmağı təmin edir.

Reiki hazırda dünyada 2 milyon insan tərəfindən istidadə edilməkdədir. Dünyada bir sıra xəstəxanalar Reikini tamamlayıcı müalicə olaraq qəbul etməkdədir. Reikinin bəşəri enerji olduğu, heç kimin inhisarında olmadığı, hər kəsin özü özünün şəfa vericisi olacağı bu müalicə ustaları tərəfindən iddia edilməkdədir.

Bu bir Reiki masterin öz tələbəsinə Reikini işlətmə qabiliyyətini transfer etməsi ilə baş verir. Reiki seminarında iştirak edən tələbə enerjini, enerjinin işləmə sistemini və Reiki haqqında vacib teoriyaları öyrəndikdən sonra Reiki master tərəfindən işlətmə hüququ alır və Reikini tətbiq etmək bacarığına sahib olur. Reikinin öyrənilməsi çox asan olduğu üçün bu seminar 2, hətta 1 gün belə çəkə bilər.

Sevinc Kərimov n - 2

Reiki qaydalarına görə bir şəxsin Reiki tətbiq hüququ aldıqdan sonra enerjinin əllərdən keçirdilərək ötürülməsi üsulu ilə həyata keçirilir. Enerjini tətbiq edən şəxs onun ötürülməsini tətbiq zamanı əllərin soyuması, isinməsi və ya qıcıqlanması ilə müşahidə edə bilər. Reikinin öz üsulu vardır, belə ki, siz nə üçün enerji ötürsəniz, enerji ən çox ehtiyac duyulan hissəyə doğru istiqamət tutur. Bu sistemin özəlliklərindən biri də budur ki, bu sistemi tətbiq etmək üçün inanmaq şərt deyildir. Reiki masterlər tərəfindən Reikini tətbiq edən şəxsin ona inanıb-inanmamağından asılı olmayaraq işlədiyi iddia edilir. Reiki bir dəfə əldə edilir, insanın yaşamı boyu işləyir.

Reikinin Amerika, Avropa və Yaponiyada şəfa mərkəzləri populyarlqı qazanıb.

Reikinin tətbiq edilməsi üçün onun simvollarından istifadə olunur. Reikinin 16 simvolu olsa da onların içində 5 əsas simvol vardır. Simvollar enerji ötürüləcək hissəyə xəyali olaraq çəkilir, daha sonra əllər vasitəsilə enerji ötürülməsinə başlanılır. Simvollar bir-birindən müxtəlif xüsusiyyətləri, funksiyalarına görə fərqlənirlər, əgər simvolun çəkiliş ardıcıllığı pozularsa bu düzgün olmayan enerjinin yayılmasına səbəb olar.

İlk dəfə Reikini Azərbaycana İnduizm dininə sitayiş edənlər gətirsələr də yaymağa nail olmayıblar. Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycanda Reiki mərkəzi yoxdur.

Azərbaycanda Reiki ilə məşğul olan yoxsa da dünyanın ən tanınmış Reiki mütəxəssilərindən biri azərbaycanlıdır. Bir zamanlar Bakıda yaşamış, ömrünün 30 ilini bu sahəyə həsr etmiş və hazırda Los- Ancelesdə yaşayan Sevinc Kərimova.

İllər öncə bu yolu tutacağı ağlına gəlməzdi. Məşhur “ Karvan” qrupunun prodüsseri idi. Fərqli həyatı var idi. Günlərin birində öd daşının yaratdığı fəsadla kliniki ölüm keçirənə qədər.

Sevinc Kərimovanın dediyinə görə, 4 dəfə kliniki ölümlə üzləşib və bu ona əslində yeni bir həyat verib.

Sovet dönəminin başa çatdığı o qarışıq illərdə ailəsi ilə birlikdə Türkiyəyə gedərək, İstanbulda özünün xüsusi bioenergetik müalicə ilə məşğul olan “İşıq adlı” mərkəzini açıb. Minlərlə insanı müalicə edib. Belə bir klinika Türkiyədə bir ilk olub. Sonralar ailə vəziyyəti ilə bağlı yenidən ölkə dəyişməli olub və Amerikaya köçüb. İndi Los- Ancelesdə özəl klinikaların birində reyki energetik seansları, bioenerji metodları ilə müalicə ilə məşğul olur. Bu elmi öyrənmək üçün düz 10 ilini sərf edib.

“10 il müxtəlif kursları keçdim, reykini öyrəndim, enerjimi ələ almağı bacardım, daha qorxmadım və missiyamı bildim.

Daha sonra şərq müalicə üsullarını öyrəndim, parapsixologiya institutunda imtahan verdim, parapsixoloq, enerqoterapevt diplomu aldım. Amerikada isə hipnoz terapevt və reyki ustadı diplomu aldım”,- deyir həmsöhbətim.

Reikiyə ehtiyacımız olduğunu necə anlamalıyıq, auramızın xəstələnməsi necə özünü göstərir?

Bu sualın cavabını Sevinc xanım verir:

“Keçirdiyimiz psixoloji şok, güclü qorxu, hətta ətrafımızdakıların bizə ünvanladığı hər neqativ söz, aqressiya, hirs, inciklik auramızı zədələyir.Böyük psixoloji travmalar çakralarımızı bağlayır. Bu isə getdikcə energetik dəliklərə dönür. Bütün mənfi təsirlər də o dəliklərdən biosahəmizə dolur və orqanizmimizi məhv edir. Auramızın məhv olmasına 80 faiz halda güclü stress, psixoloji şok, digər hallarda isə bədnəzər və cadu səbəb olur.Çoxları bədnəzər , cadu deyəndə təəccüblənə bilər. Lakin bu özü də insana mənfi təsir edən enerji növüdür”.

Sevinc xanımın sözlərinə görə, energetikanın çökməsindən həm ruh, həm də bədən əzab çəkir. Bu həyatımızda müəyyən uğursuzluqlar silsiləsinin, qarmaqarışqılığın yaranmasına , planlarımızın pozulmasına gətirib çıxarır.

Bəs Sevinc xanımın Reiki enerjisi hansı effekti göstərir?

“Aurası zədələnmiş insanların çakralarını açıb təmizləyirik. Şüuraltında yığılan neqativ proqramı dəyişib dünyagörüşünə təsir edirik, immun sistemini gücləndiririk. Sinirləri tənzimləyirik. Narahatlığı, stressi aradan götürüb, qan dövranını yaxşılaşdırırıq. Orqanizm təmizlənir, yuxusuzluq aradan qalxır. İnsan əslində bədən, ruh sisteminin birləşməsi deməkdir. Təkcə bədəni və ya təkcə ruhu müalicə etməklə bütövlükdə sağlam olmaq çətindir”.

Sevinc Kərimovanın dediyinə görə, Reiki psixi xəstələrə yardım etmir. Onu yalnız kamil və sağlam düşüncə qəbul edə bilər.

Bəlkə bir çoxlarına qəribə gələr və ya qəbul edə bilməz. Xatırladım ki, Azərbaycan izləyicilərinin də çox yaxşı tandığı ABŞ-da yaşayan türkiyəli professor Mehmet Öz öz cərrahi əməliyyatlarından öncə Reikidən mütləq istifadə edir.

“Yardımçı tibbi müalicələrin, xüsusən Reiki elminin müdafiəçisi Nyu York Universitetinin Cərahiyyə İnstitutunun direktoru professor Mehmet Öz düz 10 ildir ürək- damar əməliyyatlarına girməzdən öncə xəstələrin Reiki yöntəmi ilə sakitləşdirilməsi və enerjisinin təmizlənməsi prosedurunun aparılmasını tapşırır. Eyni zamanda əməliyyatdan sonra da həmin xəstələrə Reiki terapiyası tətbiq edir.Doktor Mehmet Öz öz televiziya şousunda tez- tez bu metodun faydalarından bəhs edir.Doktor Öz reikinin xəsətələrə təsiri ilə bağlı araşdırma aparıb.Əməliyyatlar zamanı doktor Özə kömək edən Reiki üzrə xüsusi təlim keçmiş cərrah həkim Julie Motz 11 nəfər xəstədə əməliyyatdan sonrakı depressiyanın, ağırlaşmaların , zəifliklərin olmamasını, transplantasiya ( orqan əməliyyatı) keçirmiş xəstələrdə orqanların bir-birinə sürətlə uyum saxlaması və immun sisteinin güclənməsini müşahidə edib”.

Sevinc Kərimova uzaq məsafədən Reiki enerjisi ötürmək və müalicə qabiliyyətinə malikdir. O videogörüntülü təmas vasitəsi ilə də yardım edir, kömək əlini uzadır. Reiki ilə eyni zamanda NLP (Neuro Linguistik Programlama) və hipnoz terapiyası metodlarından istifadə edir.

Hipnoz terapiyası barədə yayılan bir çox əfsanələrə son vermək üçün Sevinc xanıma məni ən çox maraqlandıran sualı verirəm. Hipnozla keçmiş xatirələrə enirsiniz. Xatirəni silmək və ya dəyişmək mümüküdürmü?

“Hipnoz terapiyası ilə insan beynindən ona əzab verən acı xatirələri silmək mümkündür. Lakin yalançı yeni xatirələr yazmaq olmaz , sadcə mənfi xatirələri müsbət yolda dəyişmək olar. Məsələn mən öz təcrübəmdən sizə bir hadisə danışa bilərəm. Bir xəstə yaxınlaşmışdı mənə, gənc qız idi dayanmadan əlləri tərləyirdi, lakin bu adi tərləmə deyildi, tər əlindən su kimi axırdı.Onunla terapiya zamanı məlum oldu ki, uşaqkən əlini bıçaq kəsib və əlinin qanaması onun beynində böyük travma yaradıb. Gənc qızın əlinin tərləməsinin qarşısını almaq üçün həmin xatirəni dəyişməyə səy göstərdik. Mən ona təlqin etdim ki, həmin gün əlinə bıçaq alarkən anası otağa daxil olub və ehmalca bıçağı onun əlindən alıb. Yəni bütövlükdə xatirəni silmədik, sonunu dəyişdik. Bəlkə də inanmayacaqsız, lakin hipnoz terapiyası başa çatdıqdan sonra onun əllərinin tərləməsi dayandı”.

Reiki insan xəyallarının reallaşdırılması həqiqətə çevrilməsidir.Bəziləri sual verə bilər ki, reiki ilə xəyal qurub varlana və ya cavanlaşa, gözəlləşə bilərəmmi?

Mütəxəssisin sözlərinə görə, bunun üçün mütləq inamaq və enerji sərf etmək lazımdır. “İnanmaq insana çox şeyləri əldə etməyə kömək edər. Mən əslində insanlara özlərinə kömək etməyi öyrədirəm”.

Bir neçə kəlmə də NLP (neyrolinqvistik proqramlaşdırma) barədə. NLP beyin gücü ilə dəyişim proqramıdır desək yanılmarıq. Zehni xüsusi metodlarla proqramlaşdıraraq insana yeni bir kimlik qazandırmaq mümkündür. Bu əsla cadugərlik deyil, tamamilə elmə əsaslanır. Richard Bandler və John Grinder tərəfindən 1960-cı ilə irəli sürülən, 4 illik qızğın müzakirələrdən sonra 1964-cü ildən elm kimi tanınan NLP, uğur və mükəmməlliyin texnologiyasıdır.

NLP ünsiyyət modeli dünyanın ən mükəmməl ünsiyyət modelidir. NLP ünsiyyət modeli müasir dünyada bir çox təşkilatlar tərəfindən ticarətdə, diplomatiyada, təhsildə və digər sektorlarda tətbiq olunur. Fərdi inkişaf sahəsində NLP-nin rolu əvəzsizdir. Hal-hazırda dünyanın bir çox dövlət başçılarının, iri şirkətlərin prezidentlərinin, siyasi xadimlərinin, zəngin və məşhur insanlarının koçları (konsultantları) NLP Masterlərdir. Buna misal olaraq ABŞ prezidenti Obama,Türkiyənin baş naziri R.T.Ərdoğanı qeyd etmək olar. ABŞ prezidentlərindən Bill Klinton “İçindəki divi oyandır, Qeyri-məhdud güc bestsellerlərinin müəllifi”, Ağ Evin konsultantı NLP Master Antoni Robinsdən məsləhətlər alırdı.

İlhamə Rəsulova

Paylaş »
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› Ceyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”
››› "WhatsApp"da daha bir yeni funksiya
››› Evini sığortalatdırmayanlar niyə cərimələnir? - Ekspertdən açıqlama
Son xəbərlər
Bütün xəbərlər »