Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Çayxana"da Azərbaycan gözəlinin 1.5 milyonluq üzüyü oğurlandı

“Miss Azərbaycan 2010” gözəllik müsabiqəsinin qalibi Gülnarə Əlimuradova bahalı üzüyünü itirib. O, bununla bağlı polisə müraciət edib.

Virtualaz.org RenTV-yə istinadən xəbər verir ki, 29 yaşlı qız iyulun 15-də Moskvadakı “Çayxana” restoranında istirahət edirmiş. Tualetə gedib qayıdan zaman Gülnarə nişan üzüyünün itdiyini görüb. Ona dəymiş zərərin 1,5 milyon rubl (təxminən 40 min manat – red.) olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan gözəli Gülnarə Əlimuradova

2010-cu ildə “Miss Azərbaycan” gözəllik müsabiqəsində münsiflər heyətinin 12 üzvündən 7-si qələbəni Gülnarə Əlimuradovaya verib. O, Bülbül adına musiqi məktəbinin məzunudur, daha sonra skripka sinfi üzrə Bakı Musiqi Akademiyasında ali təhsil alıb. Bir sıra brendlərin siması kimi reklam sahəsində məşhur modellərdən biri hesab olunur.

Gülnarə Əlimuradova Azərbaycan gözöli

Paylaş »
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› Ceyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”
››› "WhatsApp"da daha bir yeni funksiya
››› Evini sığortalatdırmayanlar niyə cərimələnir? - Ekspertdən açıqlama
Son xəbərlər
Bütün xəbərlər »