Bazar , 18 Avqust, 2019
Baş səhifə / Gündəm / Şəkidə baldır sümüyü sınığı diaqnozu qoyulan müəllim ölüb

Şəkidə baldır sümüyü sınığı diaqnozu qoyulan müəllim ölüb

2,086 Views

Şəki xan sarayında hadisə 3

Şəkidə Xan sarayının qarşısında üstünə ağac budağı düşənlərdən biri – Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

Xatirə Agamalıyeva

O, sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok diaqnozu ilə yerləşdirilmişdi. Bizimyol.info Şəki rayon Mərkəzi xəstəxanasına zəng edərək baldır sümüyü sınığı diaqnozu ilə ölüm faktının qəribə səslənməsi barədə fikir almaq istədi. Lakin xəstəxanın baş həkiminin müavini Knyaz həkim bu barədə məlumatlı olmadığını söylədi. Səhiyyə Naziriyi ilə əlaqə saxlamaq cəhdlərimiz çox olsa da, hamısı uğursuzluqla nəticələndi.

Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə isə bildirib:
“Çox üzüldük. Həkimlər dedi ki, onu heç Bakıya göndərmək mümkün deyil… Nə helikopterlə, nə avtomobillə…

Yola çıxa bilməzdi. Vəziyyəti imkan vermirdi…

Səhiyyə Nazirliyinin əməkdaşları bacardıqlarını etdi..

Qismət. Allah rəhmət eləsin”.

Qeyd edək ki, Təhsil Nazirliyi Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarətlər alaraq dünyasını dəyişən Xatirə Ağamalıyevanın ailəsinə başsağlığı verib. Ddünyasını dəyişən qadın Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksinin müəllimi olub.