Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
British Council biznes bacarıqlarının inkişafını və yaradıcı iqtisadiyyatı dəstəkləmək üçün 12 yeni beynəlxalq tərəfdaşlıq layihəsini maliyyələşdirir

British Council-ın artıq 2-ci ildir ki həyata keçirilməkdə olan Creative Spark: “Ali Təhsil

Müəssisəsi Proqramı” 12 yeni beynəlxalq tərəfdaşlıqları maliyyələşdirəcək ki, bununla da

bu istiqamətdə maliyyələşdirilən layihələrin yekun sayı 50-yə çatacaq.

Bu tərəfdaşlıq layihələri Birləşmiş Krallıq ilə Cənubi Qafqaz, Mərkəzi Asiya və Ukraynanın ali təhsil və yaradıcı

müəssisələri arasında qurulmuşdur. Minlərlə gənci sahibkarlıq bacarıqları ilə təmin edəcək və Birləşmiş Krallıq ilə

Azərbaycan arasında mədəni əlaqələr yaradacaq layihələrin hazırlanması üçün hər bir tərəfdaşlıq proqramına

40,000 funt-sterlinqə qədər maliyyə vəsaiti ayırılacaq.

Creative Spark layihəsinin məqsədi yaradıcı sektorları və gələcək nəsli biznes ideyalarının inkişaf etdirilməsi

bacarığı ilə dəstəkləməkdir. BMT daha əvvəl yaradıcı iqtisadiyyatı dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən

sektorlarından biri kimi tanımışdır. Bu proqramdan faydalanan şəxslər əsasən universitet tələbələri, məzunları və

gənc sahibkarlardır.

Proqram gənclərin beynəlxalq şəbəkələrə, bazarlara və resurslara daha yaxşı çıxışını təmin etmək üçün

diqqəti üç sahəyə yönəldir:

1. Birləşmiş Krallığın universitetləri, yaradıcı müəssisələri və proqram ölkələrində bunlara ekvivalent qurumlar

arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi - bu il proqrama cəlb olunmuş 90 tərəfdaş qurumun

hamısı layihə üzrə öz təcrübələrini, öyrəndiklərini və öz layihələrinin gələcək inkişafı ilə bağlı fikirlərini

bölüşmək üçün Oksford Universitetində toplaşacaqlar.

2. Tələbələrə, məzunlara və yaradıcı sahibkarlara ideyaların təqdim edilməsi və biznesin qurulmasından

başlayaraq əqli mülkiyyətin qorunması və maliyyə dəstəyinin təmin edilməsinə qədər sahibkarlıq bacarıqları

ilə bağlı təlim paketinin təklif olunması - cəlb olunmuş hər bir şəxs Birləşmiş Krallıq əsaslı peşəkar inkişaf

kursları ilə proqram ölkələri boyunca onlayn “təşəbbüsün təqdim edilməsi müsabiqəsi”ndə (Big Idea

Challenge) iştirak edə biləcəklər.

3. Dilin tədrisinə dair bir sıra yeni rəqəmsal vasitələrlə İngilis Dilini Öyrənmə Proqramının təklif olunması. Bura

sahibkarlar üçün ingilis dilinin öyrədilməsinə fokuslanmış English Channel platformasında onlayn tədris

paketləri, onlayn kurslar və Açıq Ödənişsiz Onlayn Kurslar (MOOC) və İngilis Dili Klublar daxildir.

2019-2020-ci illərdə British Council Azərbaycanda üç yeni beynəlxalq tərəfdaşlıq layihəsini maliyyələşdirəcək:

2018-2019-cu illərdə British Council 38 tərəfdaşlıq layihəsini maliyyələşdirmişdir ki, bu da 500 yeni biznes

ideyasının yaranmasına təkan vermişdir. Azərbaycanda həyata keçirilən tərəfdaşlıq layihələrinə aşağıdakılar

daxildir:

Creative Spark proqramı haqqında: Ali Təhsil Müəssisəsi Proqramı

Creative Spark Birləşmiş Krallığın dəstəyilə Mərkəzi Asiya ölkələrində, Cənubi Qafqaz ölkələrində və Ukraynada (ümumilikdə

yeddi ölkədə) biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional

əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulmuş beş illik təşəbbüsdür. Biz yeddi ölkədə ali təhsil

sahəsində aparılan islahatları dəstəkləmək və işsizlik səviyyəsinin aşağı salınmasına töhfə vermək məqsədilə biznes təhsilinin

inkişafına yardımçı olmaq üçün Birləşmiş Krallığın təcrübəsindən istifadə edəcəyik. Bununla da, proqramın birinci ilində 10

000-dən çox tələbəyə və gənc sahibkara dəstək göstərəcəyik.

British Council haqqında

British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq

təşkilatıdır. Biz incəsənət və mədəniyyət, İngilis dili, təhsil və vətəndaş cəmiyyəti sahəsində 100-dən çox ölkə ilə əməkdaşlıq

edirik. Ötən il biz 75 milyon insanla birbaşa olaraq və ümumilikdə 758 milyon insanla onlayn, yayım və nəşrlər vasitəsilə əlaqə

yaratmışıq. Biz imkanlar yaratmaq, əlaqələr qurmaq və etibar yaratmaq yolu ilə həyatları dəyişərək işlədiyimiz ölkələrə müsbət

töhfələr veririk. Biz 1934-cü ildə yaradılmaqla, Kral Patenti ilə idarə olunan Birləşmiş Krallığın xeyriyyə fondu və

Birləşmiş

Krallığın dövlət orqanıyıq. Biz Birləşmiş Krallıq Hökumətindən 15 faiz əsas maliyyə qrantı alırıq.

www.britishcouncil.az

British Council bərabərliyi, müxtəlifliyi və inklüzivliyi təmin etməyi öhdəsinə götürmüşdür.

Azərbaycandan olan tərəfdaş(lar) Birləşmiş Krallıqdan olan tərəfdaşlar

Azərbaycan Memarlıq və İnşaat Universiteti London South Bank Universiteti

Azərbaycan Memarlıq və İnşaat Universiteti Lester Universiteti

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

YARAT Müasir İncəsənət Məkanı

London Incəsənət Universiteti (UAL)

Birləşmiş Krallığın Gradcore təşkilatı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Nyukasl Universiteti

“Biz demək olar ki 100 yüksək keyfiyyətli müraciət qəbul etmişik və bu Creative Spark proqramına böyük

marağın olduğunu göstərir. Ümumilikdə, hal-hazırda bizim davam etməkdə olan 50 tərəfdaşlıq layihəmiz

var və bu, minlərlə gənci öz biznesinə başlaması üçün tələb olunan bacarıqlarla təmin edəcək və işsizliyi

azaldacaq.”

Sevinc Ağazadə│Creative Spark proqramının koordinatoru | British Council Azerbaycandakı ofisi

[email protected] | T +994 (0) 12 497 1593

The British Council is the United Kingdom's international organisation for cultural relations and educational opportunities.

A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland).

Son xəbərlər
Bütün xəbərlər »