Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu, Gürcüstanın Azərbaycana qarşı sağlam olmayan münasibətinin təzahürü idi”

“Borçalı” Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli Keşikçidağ məsələsi fonunda Azərbaycanla Gürcüstan arasındakı siyasi münasibətlərdən, o cümlədən Gürcüstanda azərbaycanlı icmaya olan münasibətdən bəhs edib.

Ekspert Bizimyol.info aytına verdiyi açıqlamada Gürcüstana getməsinə qoyulan qadağanın da məhz siyasi motivləri olduğunu bildirib:

“2014-cü ildən Gürüstana girişim yasaqlanıb.Biz “Borçalı” Cəmiyyəti olaraq hər il orada Elat bayramı keçirirdik. Bu şənliklərə on minlərlə soydaşlarımız yığılırdı. Müxtəlif milli idman yarışları olurdu,əyləncələr tərtib edilirdi, mədəniyyətimiz nümayiş etdirilirdi. Ozanlarımız, rəqs qruplarımızın çıxışları həm azərbaycanlılar, həm də gürcülər tərəfindən maraqla qarşılanırdı.

Zəlimxan Məmmədli Zəlimxan Məmmədli

Görünür bu hakimiyyət bizim mədəniyyət vasitəsi ilə iki xalq arasında etimad mühitini artırmağımızı istəmədi. İkincisi, soydaşlarımızın icmalaşmasnı, söz sahibi olmağımızı, ictimai-siyasi hadisələrə transformasiyamızı istəmədilər. “Borcalı” məhz bunu həyata keçirirdi, yeni hakimiyyət əslində “Borçalı” Cəmiyyətinə deyil, Azərbaycan türklərinə meydan oxudu.

Bizim tərəf bunu sırf Zəlimxana qarşı aparılan addım kimi dəyərləndirdi, əslində isə bu Azərbaycan türklərinə və Azərbayana meydan oxumaq isi. Bunu Elçibəy komandasından olan Zəlimxan Məmmədliyə deyil, Azərbaycana qarşı addım kimi görmək lazım idi.

Mən dəfələrlə rəsmi müraciət etdim, heç bir qanun pozuntusuna yol verməmişdim, yalnız dostluq qardaşlıq fikirlərini yayırdım.Onlar isə bunu görünür siyasi təhlükə kimi qiymətləndirdilər.Bu Gürcüstan hakimiyyətinin bizə qarşı sağlam olmayan münasibətinin təzahürü idi”.

Son xəbərlər
Bütün xəbərlər »