Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Toyota" yük maşınına çırpılıb, xəsarət alanlar var - Video

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, avtoqəza Ələsgər Qayıbov küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb.

Toyota - yuk maşını toqquşub

Belə ki, sürücü Əlisahib Səfərov idarə etdiyi "KamAZ" markalı qoşqulu yük maşınını yolun sol hərəkət zolağında saxlayaraq kafeyə gedib. Bu vaxt arxadan yüksək sürətlə gələn və Rövşən Əliyevin idarə etdiyi "Toyota" markalı avtomobil yük maşınının qoşqusuna çırpılıb. Nəticədə minik maşınının sürücüsü və onun sərnişini Kənan Səmədzadə xəsarət alıb. Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib.

Toyota - yuk maşını toqquşub 16

Hadisənin təfərrüatlarını Nərimanov polisi araşdırır.

Son xəbərlər
Bütün xəbərlər »