Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Timsahla döyüşüb köpəyini xilas etdi

ABŞ-da köpəyini qorumağa çalışan bir nəfər timsahla döyüşüb.

“Lenta.ru” xəbər verir ki, hadisə Palm-Harbor şəhərində baş verib.

Belə ki, 75 yaşlı təqaüdçü kişi öz Retriever cinsi köpəyi ilə parkda gəzərkən timsahın hücumuna məruz qalıb.

Vəhşi heyvan köpəyi dişləmək istəyərkən kişi onu təpikləməyə başlayıb. Mübarizədən əl çəkməyən təqaüdçü yekunda itini yırtıcının dişindən azad edə bilib.

Hadisə yerinə gələn xilasedicilər uzunluğu 2.44 metr olan timsahı tutublar.

Qeyd edilib ki, hadisə zamanı köpək və sahibi xəsarət almayıb. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »