Cümə axşamı , 22 Avqust, 2019
Baş səhifə / Manşet / “Meqafon” Azərbaycan xalqından rəsmi şəkildə üzr istədi – Video

“Meqafon” Azərbaycan xalqından rəsmi şəkildə üzr istədi – Video

987 Views

Rusiyanın “Meqafon” şirkəti Azərbaycan dövlətindən və xalqından rəsmi şəkildə üzr istəyib.

“Report” xəbər verir ki, bu barədə şirkətin Mətbuat xidmətinin rəhbəri Yuriy Kovalçuk bildirib.

“Səhvimizi düzəltmişik və ən səmimi üzrxahlığımızı edirik. Dağlıq Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir”, – o qeyd edib.

Qeyd edək ki, bundan əvvəl “Meqafon” şirkətinin saytında qondarma Dağlıq Qarabağ Respublikasında xidmətlər göstərdikləri ilə bağlı xəbər yerləşdirilmişdi. Bundan sonra Rusiyada yaşayan azərbaycanlılar “Meqafon”un abunəçisi olan həmvətənlərini sosial şəbəkələr vasitəsilə həmin şirkətlə əməkdaşlığa son verməyə çağırmışdılar.