Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkədə DƏHŞƏTLİ QƏTL — ata və anasını öldürdü
Masallıda dəhşətli qətl hadisəsi baş verib. APA xəbər verir ki, rayonun Miyenkü kənd sakini Ağayev Azər atası Ağayev Etibar Qiyas oğlu və anası Ağayeva Rəfiqə Qurban qızını qətlə yetirib.

Dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

Belə ki, Azər Etibar oğlu Ağayev atası, 1962-ci il təvəllüdlü Etibar Qiyas oğlu Ağayevi və anası, 1962-ci il təvəllüdlü Rəfiqə Qurban qızı Ağayevanı balta ilə qətlə yetirərək həyətlərindəki tövlədə basdırıb.

O, sonradan Masallı rayon Polis şöbəsinə gələrək ata və anasının dörd gün əvvəl itkin düşdüyünü bildirib. Lakin hüquq-mühafizə orqanları əməkdaşları A.Ağayevdən şübhələnərək onu istintaqa cəlb ediblər. Məlum olub ki, o, ata-anasını həyat yoldaşı Ağayeva Asudə ilə əlbir olaraq qətlə yetirib. Onların hər ikisi saxlanılıb.

Faktla bağlı araşdırma aparılır

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
››› DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »