Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtlər sahibini yedi

ABŞ vətəndaşı Freddi Mek bir müddət ortada görünməyən kimi qohumları polisə xəbər verib. Onu yaşayış ərazisində saxladığı itlərin yediyi məlum olub.

Bizimyol.info xəbər verir ki, DNT testi Texas ştatının 57 yaşlı sakininin ev heyvanının qurbanına çevrildiyi üzə çıxıb. 18 it onu tamamilə parçalayıb, həyətdə yalnız bir neçə sümük qalıb.

Qohumları həftədə bir dəfə Freddiyə baş çəkir, onunla mağazaya gedirmiş. Son vaxtlar itlər özünü daha aqressiv aparmağa başlayıbmış. Buna görə də qohumlar həyətə girə bilmir. Polisə məlumat verirlər. Əvvəlcə dronla vəziyyəti öyrənməyə çalışırlar. Alınmayınca polis itlərdən 13-nü yatırıb evə girməyə imkan tapıb. Burada Mekin tamamilə parçalandığı məlum olub.

Aqressivliyinə görə itlərdən 2-ni öldürmək lazım gəlib.

2017-ci ildə Londonda bir it sahibini BBC-nin kameraları qarşısında parçalamışdı. Maraqlıdır ki, bir müddət əvvəl ev heyvanı epilepsiyadan əziyyət çəkən sahibini ölümdən xilas etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »