Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın tanışlarından milyonlarla borc alıb qaçdı

Rusiyanın Yekaterinburq şəhərində 48 yaşlı qadın ev almaq adı ilə tanışlarından böyük məbləğdə borc götürərək aradan çıxıb. Olqa Xoroşun ona güvənənlərin 160 milyon rublunu (təxminən 2,5 milyon dollar) alaraq yox olub.

Bizimyol.info xəbər verir ki, Yekaterinburq polisinə 15 nəfər zərərçəkən müraciət edib. Onlar bu ilin aprel-may aylarında ev alması üçün Xoroşuna böyük məbləğdə borc veriblər. Mayın sonlarından onunla əlaqə itib. Polis axtarışa başlayıb. Onun əri və oğlu ilə Yekaterinburqu tərk etdiyi bildirilir.

Buna bənzər dələduzluq halı iki ay əvvəl Tatarıstanda baş vermişdi. Bank kassiri Luiza Xayrullinanın 24,5 milyon rublu (təxminən 400 min dollar) oğurlayaraq ailəsi ilə birlikdə yoxa çıxması bütün Rusiyada məşhurdur. Xayrullina həbs olunub. Pulları ərinin qumarda uduzduğu üzə çıxıb.

Son xəbərlər
Bütün xəbərlər »