Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan Sərhəd Polisi Azərbaycanla sərhəddə baş verən insidentə aydınlıq gətirib

Gürcüstan Sərhəd Polisinin sədr müavini Teymuraz Kupatadze Keşikçi Dağı Məbəd-Kompleksində baş verən insidentə aydınlıq gətirib.

“Report” xəbər verir ki, o, jurnalistlərə azərbaycanlı sərhədçilərin məbəddən ikonaları götürməsinin səbəbini açıqlayıb.

Gürcüstan rəsmisi deyib ki, Azərbaycan tərəfi ikonaları onların zədələnməməsi üçün məbəddən götürüb: “Gürcüstan və Azərbaycan tərəfləri arasında keçirilən görüşdən sonra məlum oldu ki, azərbaycanlı sərhədçilər məbədin divarlarındakı ikonaları onları mühafizə etmək məqsədilə götürüb. Onlar bildirdilər ki, hava şəraiti pisləşdiyindən külək və yağış ikonalara zərər vura bilərdi. Buna görə də azərbaycanlı sərhədçilər ikonaları götürərək gürcü həmkarlarına təqdim ediblər”.

T.Kupatadze azərbaycanlı sərhədçilərin məbəddən ayaqyolu kimi istifadə etməsi barədə yayılan məlumatları təkzib edib: "Zəvvarlar və turistlər məbəd ərazisini zibilləyirlər. Məbəd ərazisində Azərbaycan tərəfi təmizlik işləri aparıb".

Paylaş »
››› Minlərlə azərbaycanlı Tərtər istiqamətində təmas xəttinə yürüş etdi - Video
››› Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
››› Rəsmi Moskva Trampın Ərdoğana yazdığı və tualetə atılan məktubu barədə danışır
››› Siyasi qalmaqal: Trampın Ərdoğana yazdığı təhqiramiz mətnli məktub hiddətə səbəb oldu - Video
››› Azərbaycanda şok hadisə - 16 yaşlı qız beş aylıq hamilədir
Son xəbərlər
Bütün xəbərlər »