Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş deputat dövlət hesabına vəkil istədi

Beynəlxalq Bank işinə görə 12 il 9 ay həbs cəzası alan Dünyamin Xəlilov dövlət hesabına vəkillə təmin olunmasını istəyir. Keçmiş deputat vəkili Əsli Məmmədovadan imtina edib.

Bizimyol.info xəbər verir ki, Dünyamin Xəlilov bununla bağlı məhkəmədə məsələ qaldırıb. O, 50 milyon manatdan artıq vəsaiti mənimsəməkdə ittiham olunur. Xəlilovun Beynəlxanq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və daha 20 nəfərlə birlikdə mühakiməsi davam edir. Bu gün həm təqsirləndirilənlər, həm də şahidlər dindirilib.

Beynəlxalq Bankın Müşahidə Şurasının kredit limiti ilə bağlı qərarı belə idi: 2 milyon manatdan artıq kreditlər üçün şuranın razılğı olmalıdır. Cinayət işi materiallarında Cahangir Hacıyevin milyonlarla krediti Müşahidə Şurasının məlumatı olmadan verdiyi yazılıb. Hacıyevin vəkilləri şura üzvü olmuş Vəli Kərimovun dindirilməsini istəyir. Hakimlər dindirilmə ilə bağlı vəsatəti təmin etməyib. Üstəlik, Beynəlxalq Bankdan kredit götürüb qaytarmayan Qazaxıstanın “Minay” şirkəti haqda məlumat alınmasına da müsbət cavab verməyiblər.

Son xəbərlər
Bütün xəbərlər »