Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hökumət ekoloji avtomobilləri vergidən azad etməlidir”

Azərbaycanda elektrik mühərriki ilə işləyən avtomobillərin istifadəsi üçün infrastruktur yaradılması nəzərdə tutulub.

Bu barədə “Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilir.

Avtomobil üzrə ekspert Xəyal Məmmədxanlı Bizimyol.info-ya bildirib ki, elektromobillərə tələbat bütün dünyada artmaqdadır: “Lakin Azərbaycanda buna böyük tələbaat var demək doğru olmaz. Çünki ölkədəki avtomobil parkımızın böyük bir hissəini köhnə avtomobillər təşkil edir. İnsanların böyük əksəriyyəti nə büdcə olaraq, nə də düşüncə olaraq buna hazır deyillər. Həm şirkətlər rahatlıqla ölkəyə gətirə bilər, həm də vətəndaşlar. Amma fiziki şəxslər tərəfindən öz istifadə məqsədləri üçün yanılmıramsa, ildə 1 dəfə avtomobil gətirilə bilər. İkinci dəfə artıq VÖEN açılmalı, sahibkar kimi vergi ödənilməlidir. Gömrük rəsmiləşdirilməsi xərcindən azaddır, yeganə ƏDV (18 faiz) ödəyirlər”.

Ekspertdən deyib ki, elektrik maşınların qiymətləri 25 min avrodan 150 min avroya qədərdir: “Aşağı qiymətə olan elektromobillər Azərbaycan istehlakçısının zövqünə uyğun deyil. Azərbaycan istehlakçısının arzuladığı modellər (“Tesla”, “Audi e-tron” və s.) isə bahadır. Bu avtomobilllərin istismar müddəti adi avtomobillərdən daha uzundur, səbəb odur ki, mühərriki və sürətlər qutusu yoxdur”.

X.Məmmədxanlı bildirib ki, elektromobillərin yeganə bahalı ehtiyat hissəsi batareyalarıdır: “Batareyaların orta ömrü 5-8 ildir. Dəyişdirilməsi xərci 5000 - 10 000 avro arasındadır. Ehtiyat hissələri hələki Azərbaycanda yoxdur, çünki maşınlar ədədlədir. Servisləri də yoxdur hələki. Məsələn “Hyundai” “İonic” satır və ona xidmət göstərdiyini bildirir. Amma, ümumi ixtisaslaşmış elektromobil xidmət mərkəzi yoxdur”.

Ekspert deyib ki, enerji doldurma məntəqələri var, amma olduqca azdır: “SOCAR YDM də var bir neçə yerdə və bir neçə parkda və nöqtədə sürətli yükləmə cihazları var. Amma, “Hyundai İonic” alana yükləmə cihazlarını verir, ev şəraitində də doldura bilərsiniz”.

X.Məmmədxanlı bildirib ki, hökumət elektrik avtomobillərini stimulaşdırmalıdır: “ƏDV-dən də azad olunsa, lap gözəl olar. Elektromobillər üçün əlavə imtiyazlar və üstünlüklər nəzərdə tutulmalıdır. İnsanlarda maraq oyatması üçün ucuz kredit, ucuz sığorta, pulsuz parkinq və s. Əhali arasında ciddi təbliğat işləri aparılmalı, eyni zamanda hökumətin strategiyasında hədəflər olmalıdır bununla bağlı. Öncə dizel avtomobillər bazardan çıxarılmalıdır, daha sonra isə ekoloji avtomobillərin (CNG ilə işləyən, hibrid, elektromobil) istifadəsinə maraq oyadılmalıdır”.

Avtomobil üzrə ekspert Xəyal Məmmədxanlının sözlərinə görə, Azərbaycan “Khazar” avtomobili istehsal etmək yerinə, tanınmış brendlərdən birininin elektrik avtomobillərini istehsal etməsi daha yaxşı olardı.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »