Bazar , 18 Avqust, 2019
Baş səhifə / Bizim seçim / Ekspert: “Azərbaycan XİN Gürcüstana sərt reaksiya sərgiləməlidir”

Ekspert: “Azərbaycan XİN Gürcüstana sərt reaksiya sərgiləməlidir”

797 Views

Keşikçidağ monastrı

İyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.

Məsələ əslində dünəndən sosial şəbəkələdə işıqlandırılsa da Azərbaycanın rəsmi qurumları bu barədə susmağa üstünlük vermişdi.Bizimyol.info olaraq hələ gündüz saatlarında Dövlət Sərhəd Xidmətindən məlumat almaq istəsək də onlar bu barədə məlumatlarının olmadığını söylədilər. Bu da ən azından qəribə göründü. Heç olmasa XİN-in mətbuat xidməti kimi “açıqlama verəcəyik” deyə bilərdilər. Lakin belə kritik bir məqamda nə DSX , nə də Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətləri zənglərə cavab vermədilər.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info saytına bildirib ki, sərhədlərin delimitasiya ve demarkasiyasi uzrə Azərbaycan-Gurcustan birge komissiyanin iclasi keçirilib ve qərara gəlinib ki, avqust ayinda işçi qruplari yerlərdə baxış keçirilsin və mübahisəli ərazilər üzrə müzakirələr davam etdirlisin. “Hesab edirəm bu dogru yanaşmadir.Qonşu Rusiya ilə delimitasiya problemləri tamamilə oz həllini tapib,indi demarkasiya ile bağlı işlər həyata keçirilir. Gurcustanla isə danışıqlarda uzun fasilə yarandi.Ona gore də danışıqların intensivləshdirilməsi baredə razılıq əldə olunub.Gurcustan tərəfindən son dovrlərdə aparılan texribatlara gəlincə, biz həmişə olduğu kimi qonşuluq, dostluq, strateji muttəfiqlik ruhuna uygun olaraq oz mədəniyyətimizi gostəririk. İndi orada veziyyət murəkkəbdir. Həm Rusiya ilə munasibətlərdəki gərginlikler, həm də daxili ictimai siyasi prosesler muxtəlif təxribatşılara munbit sərait yaratmişdır ki, oz təxribatlarıni həyata keçirsinlər. Ehtiyatlı olmaq, soyuqqanlı davranaraq texribatlara uymamaq lazimdir. Eyni zamanda Gurcustan hokuməti qarşısında çox kəskin şəkildə məsələni qoymaq lazımdır ki, təxribatların qarşısını alsınlar.Hər hansi bir güzəştdən söhbət gedə bilməz”.

Nəsib Məhəməliyev BY-1

Əsgərlərimizin əlindən silahın alınması əslində çox ciddi bir məsələdir və Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli məsələyə daha sərt və açıq münasibət bildirir.

“Gürcüstanla Azərbaycan münasibətlərinin pozulmasında maraqlı olan tərəflər var. Konkret bu məsələdə Gürcüstan Azərbaycana qarşı heç yaxşı mövqe sərgiləmədi. Gürcüstanın indiki iqtidarı Azərbaycana qarşı dost olmayan münasibətlər səviyyəsinə yönəldir. İvanaşvilinin gizli əlinin idarə etdiyi indiki hakimiyyətin münasibətlərin bu şəkildə inkişaf etdirilməsində böyük rolu var.

Ermənistanın Rusiyada maraqları təmin olunub. GürcüstanınAvropaya açılan qapı olduğunu bilən Rusiya Gürcüstan üzərində oyun aparır və öz missiyasını həyata keçirir. Burda mənim fikrimə görə, birbaşa Rusiyann əli var. Bu iki dövlət arasında münasibətləri pozmaq Rusiyanın bölgəyə hərbi müdaxiləsinə şərait yaradır.O ki qaldı əsgərlərimizin əlindən silah alınması məsələsinə. Mən hesab edirəm ki, əsgərlərimizə təlimat verilmişdi və onlar Azərbaycan- Gücüstan arasındakı dostluq münasibətlərinə sədaqət nümayiş etdirərək səbr və təmkin göstəriblər. Söz yox ki, sərhəd namusdur, müqəddəsdir, amma burda məncə təxribatların qarşısının alınması məqsədi ilə əsgərlərimiz sadəcə səssiz qalmaq göstərişi alıblar. Əsgərlərimiz heç də aciz deyillər, sadəcə işini bilən insanlardır və ağıl nümayiş etdiriblər. Açılan bir güllə bəlkə də çox böyük insidentlərə gətirib çıxara bilərdi. Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə çox sərt reaksiya verməli, nota göndərməlidir. Məsələ elə məqama gəlib çatıb ki, burda artıq media ritorikasından istifadə yox, sırf və sərt tiplomatik mövqe nümayiş etdirmək lazımdır. Gürcüstan masa arxasına oturulmalıdır və hadisələrin inkişaf prosesində Azərbaycan rəvacverici qüvvə kimi tarixə düşməməlidir”.
Bu Azərbaycana qarşı yönəldilmiş böyük bir siyasi oyunun bir parçasıdır və biz vaxtında sözümüzü deməliyik”.

İlhamə Rəsulova