Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Keçmiş arvadını qısqanaraq bıçaqladı
Bıçaqlama

Keçmiş həyat yoldaşını qısqanclıq zəminində bıçaqlayan Zaur Rzayev 13 il azadlıqdan məhrum edilib. Onun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizimyol.info xəbər verir ki, Zaur Rzayev xüsusi amansızlıqla qəsdən adamöldürməyə cəhddə təqsirləndirilirdi. 45 yaşlı təqsirləndirilən keçmiş həyat yoldaşı Aynur Rzayevaya 12 bıçaq zərbəsi vurub.

Hadisə Rəsulzadə qəsəbəsindəki “Stil” gözəllik salonunda baş verib. Zaur Aynurla telefonda danışanda kişi səsi eşidib. Özündən çıxıb, salona gəlib. Burada emosiyalarını cilovlaya bilməyərək, keçmiş həyat yoldaşına 12 bıçaq zərbəsi endirib. Qadın dərhal xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Buna baxmayaraq, Zaur cinayət məsuliyyətindən qaça bilməyib.

Paylaş »
››› Azərbaycanlı həkim 6 milyon dollar mükafat aldı - Foto
››› Azərbaycanda xəstəxana yandı - Xəstələr təxliyə olundu
››› Azərbaycanda işdən çıxarılan məmur ölkədən qaçdı - Foto
››› Bakıda dəhşətli qəzada ölənlər tələbələr deyilmiş
››› Müsəlman qadınlar üçün çimərlik paltarı hazırlanıb - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »