Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə kriminal avtoritetlə bağlı qərarını elan edib

Azərbaycanlı “qanuni oğru”nun Rafət Əmirovun qardaşı Rüfət Əmirov və onunla birgə ittiham olunan Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun barəsindəki hökmdən apelyasiya şikayəti və prokurorluq tərəfindən verilən protest üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murğuzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, K. Əmirov, İ. İbrahimov və R. Kərimov barəsində prokurorluğun verdiyi protest təmin edilib. K. Əmirov, İ. İbrahimov və R. Kərimovun hər birinin cəzası daha 6 ay uzadılıb. Rüfət Əmirovun isə cəzası dəyişdirilmədən saxlanılıb. O, cəzası başa çatdığı üçün bir müddət əvvəl azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29, 144-cü (adam oğurluğuna cəhd), 234-cü (qanunsuz narkotik saxlama), 228-ci (qanunsuz silah gəzdirmə), 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Əmirov, İ.İbrahimov və R.Kərimov hər biri 7 il, R.Əmirov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R.Əmirova ittiham olunduğu Cinayət Məcəlləsinin 29.144-cü maddəsi ilə bəraət verilib.

Xatırladaq ki, Əmirov qardaşları azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun yaxın adamları hesab olunur.

Son xəbərlər
Bütün xəbərlər »