Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın təxribatçı məhsulu "BazarStore"da - Foto

"Rusiya ölkəmizə göndərdiyi məhsullarla Ukrayna Azərbaycan münasibətlərini pozmaq istəyir".

Bizimyyol.info xəbər verir ki, bu sözləri tanınmış politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, Rusiyadan ölkəmizə bir çox məhsullar ixrac edilsə də bu məhsullar içərisində təxribatçılıq xarakteri daşıyan məhsullar da var. Belə ki, Rusiya Krım istehsalı olan mineral içkilər göndərirlər. Həmin məhsulların üzərində isə Krımın Rusiyaya məxsus olması göstərilir.

Elxan Şahinoğlu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Politoloq əlavə edir ki, bu artıq Rusiyanın bir neçənci dəfəki cəhdidir:

"Yenə Krım istehsalı olan məhsul və yenə də Bakıda! Azərbaycanın müvafiq orqanları dükan və bazarlardan ilhaq altında olan Krım məhsullarını yığışdırsa da, Rusiya bu məhsulları ölkəmizə göndərməkdən "yorulmadı". Əvvəlcə Krımda istehsal olunan dondurmaları dükanlarımıza soxuşdurdular, sonra Krımı Rusiya ərazisi kimi təqdim edən xəritələri kitab mağazalarmıza gətirdilər, indi də mineral içkini məşhur supermarketlərimizdən birində yerləşdiriiblər. Bunu hansısa iş adamının etdiyinə inanmıram.

Bununla Rusiyada kimsə sistemli şəkildə məşğul olur və bizim Ukranya ilə aramızı vurmağa çalışır. Çünki dəfələrlə yazmışam ki, Azərbaycanda Krım istehsalı olan məhsulun satılması Kiyevdəki dükanda işğal altındakı Dağlıq Qarabağda istehsal olunan məhsulun satılmasına bənzəyir. Bu bizim xoşumuza gəlmədiyi kimi Ukraynanın da Bakıdakı süpermarketlərdə Krım məhsullarının satışı narazı salır. Əlbəttə, müvafiq orqanlarımız bu məhsulun da supermarketlərimizdən yığışdırılmasını təmin edəcək, ancaq bununla iş bitmir. Gömrük orqanları Azərbaycana daxil olan məhsullara niyə diqqət yetirmirlər, məhsulun üzərində “bu məhsul Rusiyanın Krım bölgəsində istehsal olunub” yazılırsa, bu məhsulun Azərbaycana girişinə qadağa qoyulmalıdır!".

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb mövqe öyrənməyə çalışsaq da bununla bağlı əməkdaşımıza mövqe bildirilməyib.

Bİzimyol.info

Paylaş »
››› Toyda uşağı içki şüşəsi ilə vuran azərbaycanlı dünya mediasında - Video
››› “Tarqovı”da vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları açıqlandı - Video
››› Yanvarın 1-dən 50 manat ödəməyən mənzil sahibləri əlavə 30 manat cərimələnəcək
››› Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
››› Polis Bakıda böyük faciənin qarşısını aldı - Video
Son xəbərlər
Bütün xəbərlər »