Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni saxtakarlığının növbəti ünvanı Roma oldu

Türkiyə, Azərbaycan və Yaxın Şərqdə tarixi abidələri və coğrafi məkanları saxtakarlıqla mənimsəmək istəyən erməni mətbuatının növbəti ünvanı Roma olub.

AzərTAc xəbər verir ki, erməni jurnalistləri İtaliyanın ANSA informasiya agentliyində mayın 24-də dərc olunmuş xəbəri özünəməxsus “erməni uydurması” prizmasından təhlil edib və belə qərara gəliblər ki, Romanın mərkəzində - imperator Trayanın adını daşıyan forumun və onun məşhur sütunlarının yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı tapılan heykəl başı da “əzabkeş millətin” uydurma ilahəsinə məxsus imiş.

Romaya qarşı erməni saxtakarlıgı

ANSA agentliyinin xəbərində bildirilir ki, Roma Arxeologiya İdarəsinin apardığı arxeoloji qazıntılar zamanı aşkar edilən mərmər heykəlin başının neçənci əsrə və kimə aid olduğu məlum deyil. Arxeoloqları təəccübləndirən isə, bu heykəl başının ideal vəziyyətdə qalması, yalnız burnunun qırılmasıdır. Təxminən 50 gündən sonra bu xəbəri təhlil edən ermənilər öz adətləri üzrə onu “özəlləşdirmək” qərarına gəliblər. Onlar iddia ediblər ki, romalıya məxsus olan bu heykəl başı Yaxın Şərq panteonları ilahəsi və guya erməni olmuş Anaitə bənzəyir. Bu minvalla “əzabkeş xalqın” mətbuatının tezliklə Amerikadakı qədim mayaların və inklərin tarixi-mədəni abidələrini də öz adlarına çıxacağı təəccüblü olmayacaq.

Son xəbərlər
Bütün xəbərlər »