Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan vətəndaşı Moskvada 1 tondan çox qara kürü ilə yaxalandı

Polis Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə Moskvanın Jukovsk aeroportunda keçirilən əməliyyatda qaçaqmalçılıq yolu ilə Rusiyaya keçirilməyə cəhd göstərilən 1 tondan yuxarı qara kürünü ələ keçirib.

Virtualaz.org TASS-a istinadən xəbər verir ki, bu haqda Mərkəz federal dairəsi üzrə DİN Nəqliyyat idarəsi məlumat yayıb.

“Polis əməkdaşları FTX ilə birlikdə əməliyyat-axtarış tədbiri həyata keçirərək Jukovsk aeroportunun yük terminalında qaçaqmal şəklində qara kürü partiyasını aşkar edib. Qeyri-leqal yük MDB respublikalarından birindən gündəlik tələbat malı adı altında gətirilib. Federal balıqçılıq agentliyinin apardığı araşdırmaya görə baqaj bölməsində cəmi 1020 kq. ağırlığında və 29.5 milyon rubl dəyərində nərə cinsindən balıq kürüsü olub”,-məlumatda deyilir.

İstintaqın məlumatına görə qaçaqamalı iki xarici vətəndaş-30 yaşlı Çin və 60 yaşlı Azərbaycan vətəndaşı təşkil edib. Onlar kürünü Rusiya ərazisində satmağı planlaşdırıblar. Həmin şəxslərdən biri Rusiya ərazisində olub və vəzifəsi saxta malı qəbul edib satılmaq üçün dostuna ötürmək idi. Həmin şəxslərin hər ikisi saxlanılıb. “Bu vətəndaşlara qarşı xüsusilə iri ölçüdə strateji mühüm resursu Rusiya ərazisinə keçirməyə cəhd” ittihamı ilə cinayət işi qaldırılıb.

Paylaş »
››› Saakaşvilidən azərbaycanlılara çağırış: "Təxribatlara uymayın!"
››› İranın Ali dini lideri etirazçılara müraciət edib
››› Çingiz Əhmədovdan həmkarına sərt mesaj: "Rəhman “kukla oynadan” olub da, kim olub ki?!"
››› 27:0 hesablı qələbə qazanan baş məşqçi istefaya göndərildi
››› Almaniya məhkəməsi 12 yaşlı azərbaycanlının deportasiya qərarını ləğv edib
Son xəbərlər
Bütün xəbərlər »