Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Metro vaqonunda siqaret çəkib oturacağın üzərində söndürən sərnişin axtarılır

Xəbər verdiyimiz kimi dünən axşam saatlarında metropolitendə xoşagəlməz hadisə yaşanıb.

Bizimyol.info xəbər verir ki, metronun "Gənclik" stansyasında qatara minən şəxs metropolitendən istifadə qaydalarını pozaraq vaqonda siqaret çəkməyə başlayıb. Bir neçə siqaret çəkən sərnişin onu oturacaqda söndürərək vaqonun içinə atıb. Bunu isə digər sərnişinlər vidogörüntüyə alıblar.

Məsələ ilə bağlı Bizimyol.info -ya açıqlama verən "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hazırda həmin hadisə ilə bağlı araşdırma aparılır və həmin şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür:

"Qanunvericilikdə siqaret çəkməklə bağlı cərimə də nəzərdə tutulub. Bakı Metropoliteni bu hadisə ilə bağlı araşdırmaya da başlayıb. Həmin şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı işlər aparılır. Sadəcə olaraq hadisənin baş verməsi ilə bağlı koordinatlar, müəyyən vaxt və yer olmadığına görə çətinlik yaşanır. belə hallarda sərnişinlər də fəal olmalıdırlar. Dərhal maşinistlə əlaqə saxlanılmalı idi. Maşinistə rabitə vasitəsilə bildirildikdən sonra maşinist də tədbir görülməsi üçün rəhbərliyə müraciət edir. Eyni zamanda vətəndaşlar metopoliten işçisinə, polisə də müraciət edə bilərlər.

Biz hansısa vətəndaşa siqaretlə metroya daxil olmaq olmaz deyə qadağa qoya bilmərik, sərnişinlərin, vətəndaşların öz hüquqları var. Vaqonlarda quraşdırılan kameralar vasitəsilə bu hadisə tam şəkildə araşdırılacaq".

Bizimyol.info

Paylaş »
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› Ceyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”
››› "WhatsApp"da daha bir yeni funksiya
››› Evini sığortalatdırmayanlar niyə cərimələnir? - Ekspertdən açıqlama
Son xəbərlər
Bütün xəbərlər »