Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vur dedik, öldür demədik – Ağacları qorumaqn insanların canı bahasına olmamalıdır

Şəkinin UNESCO-nun beynəlxalq irs siyahısına daixl edilməsi xəbərinə sevinc hissimiz ötməmiş  iyulun 14-də Xan sarayındakı xan çinarlardan birinin ayrılıqda bir ağac böyüklükdə olan budağının qırılaraq 19 nəfəri yaralaması xəbərinə üzüldük. Məsələ barədə son iki gündə çox şey deyildi , çox şey yazıldı, FHN, Baş Prokurorluq açıqlama yaydı.

Bizimyol.info olaraq bizi əslində məsələnin başqa tərəfi maraqlandırır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların mühafizəsinə söz yox ki, çox ciddi diqqət göstərir. Bu danılmazdır. Lakin bu diqqət bəzən o qədər  abartılmış şəkildə olur ki, gərəkən zamanda kəsilməli, budanmalı olan ağaclara əl vurulmur. Bu il elə təkcə Bakıda dəfələrlə qurumuş ağacların yıxılması nəticəsində yaralanmış insanlar, əzilmiş avtomobillər barədə xəbər paylaşdıq. 2018-ci ilin oktyabr ayında paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində güclü külək nəticəsində ağac aşmış və üç qadın yaralanmışdı. Bir neçə ay əvvəl Göyçayda bir gəncin də çinar ağacının yıxılması nəticəsində ölməsi faktını xatırlayırıq.

Problemin böyüməsində özünü mətbuat elan etmiş  yalançı medianın da rolu var. Əlində telefonu olan hər kəs harda qırılmış ağac görürsə bunu təcili xəbər etməyə çalışır. Lakin düşünmək lazımdır ki, bəzi ağacların həqiqətən kəsilməsinə, budanmasına və ya zərərsiz hala gətirilməsinə ehtiyac var. Əks halda  kiçik bir küləkdən , yağışdan sonra fəlakət törənə bilir ki, bunun da şahidi olduq. Yəni cərimələrdən qorxaraq təhlükəli ağacların kəsilməməsi, bəzən də bu prosedura uzun zaman ayrılması, süründürməçiliyin olması insanların rifahı naminə qorunmalı olan ğacları insanların qatilinə çevirə bilir.

Çinarın bir ağac kimi əkilməsinin üstünlüyü  çoxdur. Üstünlüklərdən biri də odur ki, böyüyəndə geniş ərazini tutduğu üçün  bir birindən 15-20 metr aralıda əkilir. Çinar ağacları çox uzun müddət yaşayır.Onlardan ən böyük və ən qədimi Türkiyədə Bosforda Buyukdere vadisində böyüyür. Onun hündürlüyü 50 metr, gövdənin çevrəsi 42 m, gövdənin diametri 13,4 metr və yaşı 2300 ildən çoxdur.

Egey dənizində Kos adasında gövdənin çevrəsi 18 m və hündürlüyü 36 m olan unikal çinar ağacı bitir. Hesab edirlər ki, onun 2 min il yaşı var.

Nəticədə bir neçə ağac yüz kvadrat metrə yaxın ərazini əhatə edə bilir. Lakin unutmaq olmaz ki, adnı xan çinar qoyduğumuz başı göylərə atan bu ağacların gövdəsi çox sürtlə böyüyə bildiyi kimi çox da zərif olur. Çinar ağacları hər il qabıq verib qabıq tökür.İçərisindən ovulmaya meyilli olurlar. Kənardan bəlkə də sağlam görünsə də kiçik bir zərbə ilə qopmaq , qırılmaq ehtimalı da var. Elə buna görə, də bu ağacların xüsusi qayğıya ehtiyacı var. Çinarlarla bağlı söhbət etdiyimiz bağban Həmzə Talıbovun dediyinə görə, bu ağac qocaldıqca özü- özünü budayır. Yəni qırılıb –tökülür. Buna görə də zamanında budanmasına böyük ehtiyac var.

Tarixi məkanlarda qorunan və ümumiyyətlə yaşı yüzillərlə olan qocaman ağaclara qulluq zamanı bu kimi xüsusiyyətlər nəzərə alınmalıdır. Şəki Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva məsələyə belə münasibət bildirdi: "Xan çinarı” "Qırmızı Kitab”a düşmüş ağacdır. Qeyri-qanuni biz ona əl vura, bir dənə yarpağına da dəyə bilmərik. 2012, 2014, 2016- ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacda budama işləri aparılıb. İnkişafda olan ağacdır. İki gün Şəkiyə yağan yağış həmin budağın ağırlaşmasına səbəb olub və küləyin olması nəticəsində belə hadisə baş verib. Burada qeyri-adi heç nə yoxdur. Problem axtarmaq lazım deyil. Bununla bağlı məktublarımız, aktlarımız var. Ağac vaxtaşırı budanıb. Bu günlərdə yenidən budanmalı idi. İnsanlar çox gəlirdi deyə, edə bilmirdilər. İndi edəcəklər. Bilirsiniz, budamağa da qorxurlar. Çünki çox budama işi aparılsa, ağac quruyacaq. Bundan da ehtiyat edirlər. Axı camaat Xan Sarayı ilə yanaşı, həmin ağaclara da baxmağa gəlir. Mütəxəssislər, ekspertlər vaxtaşırı gəlib ağaca baxırlar”.

Dövlət Turizm Agentliyinin sözçüsü Kənan Quluzadə bildirib ki, Şəki Xan Sarayında baş verən hadisədən sonra saraya giriş bağlanılıb, indi ağaclara hansı şəkildə qulluq göstərilməli olması və ziyarətçilərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən tədbirlər planı hazırlanır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »