Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəki hadisəsində zərəçəkənlərə kompensasiya ödəniləcəkmi? - Rəsmi açıqlama

Xəbər veridyimiz kimi, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düsüb.

Hadisə nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Bizimyol.info saytının məlumatına görə, yaraılardan 5 nəfəri Suriya, 2 nəfəri Rusiya vətəndaşlarıdır.

Yaralılara dövlət tərəfindən kompensasiya verilib verilməyəcəyi və onların turizm sığortalarının olub-olmamsı barədə sualımıza Dövlət Turizm Agentliyinin sözçüsü Kənan Quluzadə cavab verdi.

Kənan Quluzadə

Kənan Quluzadənin dediyinə görə, kompensasiya verilməsi məsələsi gündəmdə yoxdur. Lakin yaralanan yerli və xarici vətəndaşların müalicəsinə dövlət başçısı nəzarət edir və dövlət öz üzərinə götürüb. Onların bütün xərcləri dövlət tərəfindən qarşılanacaq. Kənan Quluzadə məsələ ilə bağlı Turizm Agentliyinin mətbuata geniş məlumat verəcəyini qeyd edərək, digər suallarımızı cavablandırmadı.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »