Bazar , 18 Avqust, 2019
Baş səhifə / Bizim seçim / ABŞ-ın daha bir müttəfiqi Rusiyanı seçir

ABŞ-ın daha bir müttəfiqi Rusiyanı seçir

4,892 Views

pakistan

ABŞ Pakistan-Rusiya münasibətlərinə təsir edə bilməz. İslamabad Moskva ilə münasibətlərindən razıdır və bütün sferalarda əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Bunu RİA Novosti-yə açıqlamasında Pakistan Xarici İşlər Nazirliyinin keçmiş katibi Riyaz Hokar deyib.

“Rusiya ilə münasibətlərimiz əhəmiyyətli dərəcədə yaxşılaşıb. Rusiyaya bizə yardım etdiyi üçün minnətdarıq. Pakistan Rusiya ilə iqtisadi əməkdaşlığı inkişaf etdirmək istəyir”, – deyə o bildirib.

Hokar başqa ölkələrin Rusiyadan qorxmasının heç bir əsası olmadığını deyib. O əslində, Avropanın Moskva ilə yaxınlaşmaq istədiyini, amma buna ABŞ-ın təsir etdiyini söyləyib.