Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkidə qırılan çinarın altında qalanlardan beşi suriyalı, ikisi rus olub - Video

Şəkidə Xan sarayının qarşısındakı çinar ağacının budağının sınması nəticəsində xəsarət alan əcnəbilərdən ikisi rus, beşi suriyalı olub. Bu barədə “RİA Novosti” Azərbaycan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, təxminən 500 yaşı olan ağacın budağının qırılması nəticəsində 19 nəfər xəsarət alıb. Onlarıdan dördünün vəziyyətinin ağır olduğu bildirilir. Xəstəxanadan deyilib ki, əgər zərurət yaransa, onlar Bakıya aparılacaq.

Çinar ağacının budağı iki gündür davam edən güclü külək nəticəsində qırılıb. Prezident İlham Əliyev baş verənlərlə bağlı vəziyyəti nəzarətinə götürdüyünü bəyan edib.

Şəki Xan sarayı Azərbaycanın qədim və dəyərli abidələrindən biri sayılır. 18-ci əsrə aid bu saray 1761-1762-ci illərdə tikilib.

Şəkinin tarixi hissəsi, o cümlədən Xan sarayı UNESCO-nun tarixi-mədəni irs siyahısına daxil edilib.

Son xəbərlər
Bütün xəbərlər »