Çərşənbə axşamı , 16 İyul, 2019
Baş səhifə / Dünya / İran XİN: ABŞ-la danışıqlar aparılmır

İran XİN: ABŞ-la danışıqlar aparılmır

43 Views

Iran XIN - Abbas Musevi

İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Abbas Musəvi Tehranın ABŞ-la danışıqlar apardığı barədə yayılan xəbərləri təkzib edib.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, A. Musəvi İranın hər hansı səviyyədə ABŞ-la danışıqlar aparmadığını bildirib.

XİN mətbuat katibi Vaşinqtonun Rusiya vasitəsi ilə ABŞ və İran arasında xarici işlər nazirləri səviyyəsində danışıqların aparılması barədə Tehrana təklif təqdim etməsi barədə yayılan xəbərləri də təkzib edib.